Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

15 min nəfər vətəndaşlıqdan imtina edib-Ermənistanda

15 min nəfər Ermənistan vətəndaşlığından imtina edib

Son illərdə Ermənistan vətəndaşlığından imtina edən şəxslərin sayı kəskin artıb.

Yenixeber.org xəbər verir ki, bu barədə “News.am”-a Ermənistan Polisinin Pasport-Viza Departamentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2017-ci ildə 3823 nəfər Ermənistan vətəndaşlığından imtina etmək üçün ərizə ilə müraciət edib. Vətəndaşlıqdan imtina ilə bağlı departamentə 2012-ci ildə - 968, 2013-cü ildə - 1461, 2014-cü ildə -2407, 2015-ci ildə 2487, 2016-cı ildə 3863, bir dekabr 2017-ci ildə isə 3823 ərizə daxil olub. 

2012-ci ildən 2017-ci ilə qədər, yəni Respublika partiyası Ermənistanda hakimiyyətə gəldikdən bəri 15000 şəxs vətəndaşlıqdan imtina edib. Ermənistan polisi vətəndaşlıqdan imtina edən şəxslərin yaşı və cinsi barədə məlumat yaymayıb. Onlar bunu belə bir statistika aparılmadığı ilə əlaqələndiriblər.

Ermənistanın hakim Respublika Partiyasından deputatı, sabiq polis rəisi Alik Sarkisyanhesab edir ki, bu, olduqca ciddi göstəricidir və hökumət bu qərarın ölkə üçün bir nömrəli problem olduğunu qəbul etməlidir. 

Sarkisyan vətəndaşlıqdan imtina edən şəxslərin böyük əksəriyyətinin bunu ölkədə hərbi xidmətdən imtina etmək üçün etdiyini istisna etməyib: “Bu, bizim ölkə üçün böyük rəqəmdir. Hər kəsin ölkəni tərk etmək üçün öz səbəbi var”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam