Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İsveçrə cihadçıları vətəndaşlıqdan məhrum edəcək

İSS FF

Suriyada İŞİD-ə qoşulanları İsveçrə vətəndaşlıqdan məhrum edəcək

Xeberinfo.com:   “The Express” yazır ki, İsveçrənin Dövlət Miqrasiya Katibliyi özünün vətəndaş azadlıqları qanununa dəyişiklik edib. Bu dəyişiklik cihadçıların ikili vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutur. Qanun dəyişikliyinin qəbuluna 19 yaşlı gəncin ikili vətəndaşlıqdan məhrum edilməsinə dair məhkəmə qərarı yol açıb. Adı çəkilməyən gənc 2015-ci ildə Suriyada İŞİD-ə qoşulub. 

Xəbər verilir ki, o, əlində kəsilmiş insan başı ilə çəkilmiş şəklini İnstagrama yükləyibmiş. Bu gəncin həm də İtaliya vətəndaşlığı varmış. “The Express” yazır ki, Sürix şəhərindən olan cihadçı İsveçrə vətəndaşlığından məhrum edilib, hərçənd bəzi məlumatlara görə onun 2015-ci ildə Suriyada öldürüldüyü güman edilir. Bu isə o deməkdir ki, İsveçrə cihadçıları, onlar hələ cihaddan qayıdanadək vətəndaşlıqdan məhrum edə bilər. Məqalədə deyilir ki, 2001-ci ildən bəri İsveçrədən 77 nəfər Yaxın Şərqdə cihada qoşulmaq üçün gedib. Onlardan 17-nin ikili vətəndaşlığa malik olduğu məlumdur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam