Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Stalinə “Dədə” deyən, 11 yaşında Lenin ordeni alan məktəbli qızMəmləkət

 

Stalinə “Dədə” deyən, 11 yaşında Lenin ordeni alan məktəbli qız Məmləkət

Yenixeber.org: Stalinin hakimiyyəti illərində adı sovet vətəndaşlarına nümunə kimi çəkilən Məmləkət Nəhəngova SSRİ məkanında dövrünün ən populyar simalarından biri olub.
11 yaşında Lenin ordeni ilə təltif olunan məktəbli qızın şəkilləri mətbuatın, dərsliklərin bəzəyinə çevrilib, Stalinlə birgə olan portreti bayram tədbirlərində əllərdə gəzdirilib...

30-cu illərin məşhur məktəbli qızı haqqında yazını təqdim edirik.

1930-cu illərin əvvəllərində SSRİ-də iqtisadi müstəqilliyin əldə olunması sahəsində həyata keçirilən tədbirlər sırasında ölkədə kənd təsərrüfatının inkişafı üçün də mühüm addımlar atılmağa başlayıb.
Xüsusilə Orta Asiya respublikalarında pambıq yığımında daha yüksək nəticələr əldə etmək üçün proqramlar hazırlanıb. Bu respublikalarda Stalinin məruzəsindən götürülmüş “Kollektiv işləmək arzusu var, texnika və gübrə veriləcək, zəruri olan bütün yardımlar ediləcək və beləliklə firavan həyata bol pambıqla gedəcəyik...” kimi sətirlər pambıqçıların devizinə çevrilib.

Bununla yanaşı Stalin pambıqçıların mükafatlandırılması haqqında xüsusi sərəncam da imzalayıb. Sərəncamda pambıqçıların ali mükafat sayılan Lenin ordeni ilə təltif edilməsi, yüksək göstəricisi olan kolxoza yük maşınının verilməsi, həvəsləndirici mükafat olaraq kişilərə cib saatı, qadınlara qol saatının hədiyyə olunması öz əksini tapıb.

Stalinin elan eydiyi bu “yarışma”nın qaliblərindən biri də 11 yaşlı Məmləkət olub. Məktəbli qız gündəlik planı 14 dəfə artıq yerinə yetirib.

Böyüklər gün ərzində orta hesabla 15 kq pambıq yığdıqları halda Məmləkət gün ərzində məntəqəyə 70-80 kq pambıq təhvil verib.
Göstərdiyi əmək qəhrəmanlığına görə Tacikistanın Stalinabad rayonunun Şahmansurlu kolxozunun məktəbli pambıqçısı Məmləkət Nəhəngova SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Lenin ordeni mükafatına layiq görülüb.
Rəhbərlə Məmləkətin görüşünün təşəbbüskarı isə Stalinin özü olub. Bu görüş haqqında çox-çox sonralar Məmləkət Nəhəngova xatirələrini belə bölüşüb:

“Mən rus dilində cəmisi bir neçə söz bilirdim. Necə ünsiyyət quracağım haqqında düşünəndə həyəcan keçirirdim. Bir tərəfdən böyük Kremlin əlçatmaz dəhlizləri, digər tərəfdən Stalin şəxsiyyəti ilə birbaşa üsiyyətdə olmaq həyəcanımı artırırdı. Bütün bu hisslərə baxmayaraq bu tarixi görüş baş tutdu.

Bu görüşdə Mikoyan tərcüməçi rolunu oynayırdı. O tacik dilində az-çox bilirdi. Taciklərə məxsus hal-əhval tutduqdan sonra Stalin mənə Molotov və Andreyevlə birlikdə tacik milli geyimində çəkdirdiyi şəkli şəxsi imzasını qoymaqla mənə hədiyyə etdi.

Mən də öz növbəmdə ona Tacikstandan gətirdiyim bir kitab hədiyyə etdim. Stalinin iş otağında görüşlə bağlı həyəcanlı fikirlərim alt-üst olmuşdu. Stalin o qədər qayğkeş, mehriban davranırdı ki, mən ona “dədə” deyə müraciət etdim...”
Məmləkətin “dədə” müraciətindən sonra görüşdə iştirak edən MK-nın katibi Andreyev məktəbli qıza irad tutmaq istəyəndə Stalin imkan verməyib.

Əvvəlcədən əldə etdiyi məlumatlara görə Stalin Məmləkətin atasının vaxtsız dünyasını dəyişməsindən məlumatlı olub. Stalin həm də “dədə” sözünün ata demək olduğunu da bilib. Və bu müraciətdən sonra rəhbər Kalininə müraciət edib:

- Mixayıl İvanoviç, xahiş edirəm Məmləkətin hədiyyəsini mənə verin

Kalinin Stalinə qırmızı rəngli məxməri üzlüklü qutunu verib.

- Məmləkət, bu atadan sənə hədiyyə, necə deyərlər “dədə” hədiyyəsi - deyərək qutudakı qızıl saatı çıxarıb məktəbli qızın qoluna bağlayıb.

Bu hədiyyədən sonra Məmləkət pəncələri üstünə qalxaraq “rəhmət” deyib və Stalinin boynunu qucaqlayaraq rəhbərin üzündən öpüb.

Böyük Vətən Müharibəsi illərində Məmləkət könüllü olaraq Leninqrad cəbhəsinə yollanıb. Qərərgahda silah almaq istəyəndə ona bu imkanı verməyiblər. Stalinin “sevimli qızı” cəbhə hospitallarında döyüşlərdə yaralananlara qulluq edib.

Müharibədən sonrakı illərdə Məmləkət Nəhəngova öz populyarlığından istifadə etməyib.

O, digərləri kimi Kremlin Qurultaylar Sarayının “müqəvva deputatlar”ından olmayıb. Düşənbə Pedaqoji institutunun xarici dillər fakültəsini bitirdikdən sonra dissertasiya işini müdafiə edib, Tacikstan Tibb İnstitutunda kafedra müdiri vəzifəsini icra edib. Bununla yanaşı “Stalinin sevimli qızı”nın şəxsi həyatı da uğurlu olub.

Bütün bunlara, şəxsi və ictimai həyatındakı uğurlara baxmayaraq Məmləkət Nəhəngov öz doğma vətənində xatırlanarkən ilk növbədə balaca qızcığazın Stalinlə böyük ünsiyyəti göz önünə gəlir.

Məmləkət Nəhəngova 2003-cü ildə xəstəlikdən vəfat edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam