Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2018- ci ilin büdcə zərfinə daxil olan qanun layihələri ilə bağlı deputatlar tərəfindən səsləndirilmiş  təkliflərə hökumətin mövqeyini açıqlayıb.  
Yenixeber.org xəbər verir ki, nazir qeyd edib ki, ölkədə ehtiyac meyarının həddi 116 manatdan 130 manata çatdırılıb. O eyni zamanda qeyd edib ki, bu səbəbdən büdcədə  xərclər üzrə bir sıra digər istiqamətlərdə dəyişiklik edilməsi zərurəti yaranıb. Belə ki, Milli Məclisdə qaldırılan məsələlər prezidentə məruzə olunub: "Buna görə də dövlət başçısının tapşırığına əsasən büdcə zərfinə düzəlişlər edilib.
Məsələn, prezidenin tapşırığına  əsasən anadangəlmə eşitmə və ürək qusurlu uşaqların müalicəsinə büdcədən  əlavə 4 milyon manat  vəsait ayrılacaq. Bu məsələ bir daha Səhiyyə və Maliyyə nazirlikləri ilə birlikdə dəqiqləşdiriləcək. Həmçinin siyasi partiyalara büdcədən əlavə 500 min manat pul ayrılaraq ümumi məbləğ  3,1 milyon manata çatdırılıcaq. QHT-lərə isə büdcədən əlavə  600 min manat ayrılaraq məbləğin 5, 6 milyon manata çatdırılması təmin oluncaq.  Milli Məclis xərcələr smetası isə 1 milyon 200 min manat artırılır. 
Üzeyir Hacıbəyli  adına sinfonik orkestrinin bədii  heyətinə aid olan işçilərin , Energetika Nazirliyinin, Polşada açılacaq Ticarət Nümayəndəliyi üçün əlavə vəsait artırılacaq. Eyni zamaanda  sahibsiz olan heyvanların müdafiəsi üç ün əlavə vəsait ayrılacaq. Bu da ümumilikdə 3,8 milyon manatdır. 
Təhsil Nazirliyinin və sair  bölməsində göstərilən xərclər 46 milyon manat dəyişdiriləcək. Nəticədə bu rəqəm  tələblərə verilən  təqaüdə yönəldiləcək. Beləliklə təqaüdün  xərcləri  70 milyona çatdırılacaq. Bu da tələbələrə verilmiş təqaüdlə bağlı anlaşılmazlığı aradan qaldırır”.
Beləliklə 2018- ci ilin büdcə zərfi səsə qoyularaq qəbul olunub.