Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Parlament 2017-ci ilin büdcə zərfini təsdiq etdi

Azərbaycanın 2017-ci il dövlət büdcəsinin layhəsi Milli Məclisin bügünkü plenar iclasında səsə qoyularaq təsdiqlənib.

Xeberinfo.com:   "Report"un verdiyi xəbərə görə, maliyyə naziri Samir Şərifov deyib ki, 2017-ci il dövlət büdcəsinin layihəsi və sonrakı 3 il üçün icmal büdcənin layihəsinin MM-də müzakirəsi zamanı irəli sürülən təkliflər təhlil edilib və makroiqtisadi sabitliyin qoruması nəzərə alınmaqla bəzi tədbirlər üzrə xərclərin arrtırılması nəzərdən keçirilib.

"Bəzi məsələrin həlli üçün maliyyə təminatı öz həllini tapıb. Mədəniyyət xərclərinin artırılması ilə bağlı təkliflər nəzərə alınıb və bu sahəyə ayrılan vəsaitə əlavə 3 mln. manatın ayrılması nəzərdə tutulur. Həmçinin, MM-in saxlanılması xərclərinin də 850 min manat artırılması nəzərdə tutulub. Gənclər Fondunun vəsaitinin cari ilin səviyyəsində saxlanılnması təklif edilib. Lakin 2017-ci ildə büdcənin hədəfləri, büdcə yığcamlaşması nəzərə alınaraq Gənclər Fonduna azalmanı ciddi problem hesab etmirik", - deyə nazir qeyd edib.

Bildirək ki, MM-in bu gün keçirilən plenar iclasında Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan digər məsələlər də - "2017-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası səsə qoyularaq təsdiq edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 2017-ci il üçün gəlir və xərcləri 3 400,0 mln. manat həcmində proqnozlaşdırılır. Azərbaycanda gələn il yaşayış minimumu 155 manat, ehtiyac meyarı 116 manat olacaq.

Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsinin layihəsində Hesablama Palatası üçün 3,812 mln. həcmində vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisədə 0,8% çoxdur.

Gələn il Milli Məclis və Aparatının saxlanılması üçün büdcə layihəsində 23 089 714 manat nəzərdə tutulub ki, bu da 2016-cı ildən 394 784 manat və ya 1,74% çoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam