Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Gələn ilin büdcəsində xarici dövlət borclanmasının həcmi bəlli oldu

Gələn ilin büdcəsində xarici dövlət borclanmasının həcmi bəlli oldu

 

"2018-ci il üçün xarici dövlət borclanması limiti ilə bağlı düzəlişin edilməsi zərurəti yaranıb"

 

Yenixeber.org: Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, cari il ərzində bir sıra zəruri layihələr üzrə beynəlxalq maliyyə institutlarından ölkə iqtisadiyyatına kreditlərin cəlb olunması ilə bağlı 2017-ci il dövlət büdcəsi haqqında qanunla 4,5 mlrd. manat xarici dövlət borclanmasının yuxarı həddi təsdiq edilib: "Lakin cari ildə müəyyən səbəblərə görə, əsasən də beynəlxalq maliyyə qurumları ilə aparılan danışıqların ehtimal olunduğundan daha uzun zaman tələb etməklə bu günə qədər davam etməsi ilə əlaqədar müvafiq kredit sazişlərinin imzalanması mümkün olmayıb. Nəticədə limitdən 1 milyard 150 milyon manatdan da az istifadə olunması gözlənilir. Həmin layihələrin ölkə üzrə prioritetliyini nəzərə alaraq xarici borclanma limiti üzrə cari ildə istifadə olunmamış 1 milyard 150 milyon manat qalığının 2018-ci ilə keçirilməsi və limit üçün müəyyən olunmuş ilkin proqnozun yuxarı həddinin artırılaraq 2 milyard 150 milyon manata çatdırılması təklif olunur. Eyni zamanda, qeyd olunmalıdır ki, bu artım da nəzərə alınmaqla, dövlət borclanmasının yuxarı həddi limiti üzrə göstərici 2017-ci illə müqayisədə 2 milyard 650 milyon manat və yaxud 48% azdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam