Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Xarici dövlət borcu üzrə xərclər 16% artırılır

Azərbaycanın dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı 2017-ci il üçün xərclər 1 768 799,7 min manat həcmində nəzərdə tutulub.

Xeberinfo.com:  "Report" bu barədə 2017-ci ilin dövlət və icmal büdcə layihələrinə istinadən xəbər verir.

Layihəyə əsasən, 2017-ci ildə xarici dövlət borcu üzrə ödənişlər 1 707 636,3 min manat həcmində proqnozlaşdırlıb. Ödənişlərin 369 397,3 min manatı faiz ödənişləri, 1 338 239,008 min manatı əsass borc üzrə ödənişlər olacaq.

Daxili dövlət borcu üzrə isə 61 163.4 min manat ödəniş proqnozlaşdırılıb. O cümlədən 40 158,4 min manatı faiz ödənişləri, 21,0 mln. manatı əsas borc üzrə ödənişlərin payına düşəcək.

Bildirək ki, 2016-cı ildə ilk təsdiqlənmiş büdcədə dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 1 249 735,2 min manat həcmində proqnozlaşdırılsa da, daha sonra dəqiqləşdirilmiş büdcədə bu göstərici 1 775 097 min manata yüksəldilib. Artım da əsasən xarici borc ilə əlaqədar olub. Belə ki, xarici dövlət borcu üzrə ödənişlərin həcmi dəqiqləşdirilmiş büdcədə 948 670,5 min manatdan 1 474 032,4 min manata çatıdırlıb. 2016-cı ilin dəqiqləşdirilmiş büdcəsində əvvəl təsdiqlənmiş 2016-cı ilin büdcəsi ilə müqayisədə daxili dövlət borcu üzrə ödənişlər isə dəyişməz qalaraq 301 064,6 min manat qeyd olunub.

Beləliklə, 2016-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə dövlət borcuna və öhdəliklərə xidmət edilməsi ilə bağlı xərclər 0,36% azalıb. O cümlədən, daxili dövlət borcu üzrə ödənişlər 4,9 dəfə azaldılıb, xarici dövlət borcu üzrə ödənişlər isə 15,9% artırılıb.

Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 955 mln. manat, xərcləri 16 600 mln. manat həcmində proqnozlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam