Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Deputat süni qiymət artıranlara qarşı çıxdı:"200-300 manat maaş alanların vəziyyəti pisləşib.

Deputat süni qiymət artıranlara qarşı çıxdı:

 

"Azərbaycanda büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var. Buna görə də 2018-ci ilin büdcəsində həmin məsələ nəzərə alınmalıdır"

 

Yenixeber.org: Bu barədə deputat Əli Məsimli 2018-ci il dövlət və icmal büdcə layihələrinin müzakirəsi zamanı bildirib.

Deputat deyib ki, növbəti ilin büdcəsində müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı əmək haqqı artımı nəzərdə tutulub, qalan sahələrdə əmək haqqının artırılmasına baxılmayıb.

"Büdcə təşkilatlarında çalışan, 200-300 manat maaş alanların vəziyyəti pisləşib. Büdcənin strukturuna yenidən baxılanda daha səmərəverən sahələrə, aztəminatlı ailələrə, o cümlədən büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var".

Ə.Məsimli bildirib ki, infyasiyanın proqnozlaşdırılandan çox olması əsasən süni qiymət artımı ilə bağlıdır.

"Biz birrəqəmli inflyasiya proqnozlaşdırırıq, ancaq sonda ikirəqəmli olur. Buna da səbəb inhisarçılıqdır. İnfyasiyanın proqnozlaşdırılandan çox olması əsasən süni qiymət artımı ilə bağlıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam