Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Həkimlərin də maaşı artacaq

 

“Müəllimlərdən sonra həkimlərin də maaşı artırılacaq”

"Xeberinfo.com":  Məlumata görə, bu barədə AzVision.az-a Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Millət vəkilinin sözlərinə görə, dövlət büdcəsində maaşların artırılması ilə əlaqədar vəsait nəzərdə tutulub:

“Dövlət büdcəsi müzakirə olunan zaman və ondan əvvəl də qeyd etmişəm ki, həkimlərin, müəllimlərin maaşlarının artırılmasına böyük ehtiyac var. Onların maaşları orta aylıq əmək haqqından təxminən 2 dəfə aşağıdır. Cənab prezident ötən gün sərəncam imzaladı və müəllimlərin maaşı 2 dəfə, dərs yükləri 1,5 dəfə artırıldı. Bunun ardınca da, həkimlərin maaşlarına baxmağa çox böyük ehtiyac var. Dövlət büdcəsində bununla əlaqədar vəsait nəzərdə tutulub. Həkimlərin maaşı da artırıla bilər. Burada da müəyyən məsələlər öz həllini tapacaq və həkimlərin maaşı yüksəldiləcək”. 

Dövlət qulluqçılarının maaşların artırılmasına gəlincə, millət vəkili bildirib ki, bu sahədə ciddi maaş artımına ehtiyac yoxdur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam