Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bufer”i dəyişən sürücülərin nəzərinə- Bunu necə etmək olar?

“Bufer”i dəyişən sürücülərin nəzərinə

 

Avtomobildə ön bamperlərin dəyişdirilməsi və yaxud başqa birisi ilə əvəzlənməsi tez-tez qarşılaşdığımız hadisədir

 

Yenixeber.org: Bəzən isə sürücülər köhnə model avtomobillərə yeni modellərin ön və yaxud arxa bamperin dəyişdirilməsinə görə DYP tərəfindən cərimə olunduqlarını deyirlər.

Ümumiyyətlə, bamperin dəyişdirilməsi konstruksiya dəyişikliyi hesab edilirmi? DYP buna görə cərimə yaza bilərmi?

Avtosfer.az-ın suallarını cavablandıran hüquqşünas Ərşad Hüseynov bildirib ki, bamper avtomobilin passiv təhlükəsizlik sisteminə aid olan elementdir. Eyni zamanda, bamper avtomobilin marka və modelinin eyniləşdirilməsinə xidmət edir: “90-cı ilin avtomobilinə 2017-ci il buraxılışı olan avtomobilin bamperini qoymaq olar. Sadəcə, burada iki şərt var.

Birincisi odur ki, həmin bamperin özü bütün texniki tələblərə cavab verməlidir. Yəni, avtomobil bamperinə aid texniki tələblərə cavab verməlidir, kinetik enerjini udma xüsusiyyəti və s. yerində olmalıdır. Adi dəmirdən nəsə düzəldib avtomobilə quraşdırmaq olmaz. İkincisi isə bamper avtomobilin konstruksiyasındakı yerinə uyğun gəlməli və modelin müəyyən edilməsinə maneə olmamalıdır. Bu o deməkdir ki, məsələn, “Mercedes”ə “ ”Toyota”nın, yaxud “Hyundai”a “Opel”in bamperini qoysaq və bilinməsə ki, hansı modeldir, o zaman problem yaradacaq. Təbii ki, DYP belə halda qanunun tələblərinə görə həmin sürücünü cərimələyə bilər.”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam