Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

100 dolları 200 dollar "edən" kamerunluya cəza istənildi

 

100 dolları 200 dollar "edən" kamerunluya ağır cəza istənilib.

Yenixeber.org:  Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamerun vətəndaşı Vambo Aurelienin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror V.Aurelienin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Vambo Aurelie Bakı şəhər sakini Məmməd Məmmədova qarşı dələduzluq edib. Belə ki, Vambo Aurelie M.Məmmədovdan dollar alaraq kimyəvi üsullarla həmin məbləği iki qatını çevirərək ona qaytaracağını deyib. V.Aurelie bu məqəsdlə də əvvəlcə M.Məmmədovdan 100 dollar alıb. Həmin məbləği 200 dollar edərək M.Məmmədova qaytarıb. Bununla da M.Məmmədovun etibarını qazanaraq ondan növbəti dəfə 2400 dollar alıb. Ancaq bu dəfə vədinə əməl etməyib.

V.Aurelie Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həbs edilib.

İttihamda qeyd edilir ki, V.Aurelieyə növbəti dəfə M.Məmmədov tərəfindən 20 min dollar verilib və 40 min dollar etməsini istəyib. Vambo Aurelie iş başında yaxalanıb.

Kamerun vətəndaşı ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.

V.Aurelie deyib ki, zərərçəkmiş kimi tanınan Məmməd Məmmədovu əvvəlcədən tanıyıb və onun mənzilində kirayədə yaşayıb.

O, zərəçəkmişdən qeyd edilən məbləği almadığını deyib: "Pulu mən yox, Luma Kables alıb. O da Kamerun vətəndaşıdır. Məmməd pulu Lumaya verib. Luma yanvarda Bakıdan getdi".

Qeyd edək ki, Vambo Aurelie Cinahət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda olduqda) maddəsi ilə təqsirli bilinir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam