Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İki nazirliyin adından istifadə edən, sonra Rusiyaya qaçan şəxsə 8 il cəza istənildi

 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlham Abasovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Yenixeber.org" Musavat.com-a istinadən bildirir ki, Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında İ.Abasovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 21-nə təyin edilib.

İttiham aktına əsasən, İ.Abasov 2007-ci ilin iyul ayında təmsil etdiyi "Rüşvətxorluğa və başqa neqativ hallara qarşı vətəndaş nəzarət şurası" Ədliyyə Nazirliyində müvafiq qaydada hüquqi şəxs kimi qeydiyyata alınmadığı halda, özbaşna özünü vəzifəli şəxs kimi, yəni həmin şuranın Nərimanov rayon nümayəndəliyinin rəhbəri kimi təqdim edərək, heç bir hüquq və səlahiyyəti olmadan Cuma Ömərova qarşı dələduzluq edən Cavid Kərimnəyli, Gülazə Nuriyeva, Sahil Quliyev və başqalarını şuranın inzibati binasına dəvət edib, orada həmin şəxslərdən izahat alıb.

Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə İntiqam Sərdarlıya onun atası Bəxtiyar Hüseynovu ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində ibtidai istintaq aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz narkotik) maddəsi ilə ittihamı daha yüngül ittihamla- 234.1-ci maddəsinə dəyişdirəcəyini vəd edib.

O, bu adla tanışları Şakir Həşimov və Təyyar Şirinovun vasitəsi ilə 2008-ci ildə ümumilikdə İ.Sərdarlıya 40 min 561 manatını dələduzluq yolu ilə ələ keçirib.

Daha sonra zərərçəkmişlərin şikayəti əsasında İ.Abasovun barəsində cinayət işi başlanıb. Lakin o, istintaqdan yayınaraq, Rusiyaya qaçıb. 2009-cu ildə Səbail Rayon Məhkəməsinin qərarı ilə İ.Abasovun barsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Məhkəmə onun barəsində axtarışla bağlı qərar çıxarıb.

2017-ci ilin fevral ayının 16-da İ.Abasov Quba Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərində Beynəlxalq Hava Limanında saxlanılıb.

O, CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) maddələri ilə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam