Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vidadi Zeynalova 14 il həbs istənildi -MƏHKƏMƏ

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenixeber.org:  “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək V.Zeynalovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

F.Nağıyev digər təqsirləndirilənlər - Beytulla Hüseynovun 15 il, Anar Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Məhəmməd Məmmədov, Cəfər Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oktay Rüstəmova isə şərti cəza verilməsini tələb edib.

F.Nağıyev bildirib ki, təqsirləndirilən şəxslərin əmlakları müsadirə edilərək dövlətə dəyən ziyanın ödənilməsinə yönəldilsin.

Məhkəmə prosesi mayın 24-də davam etdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam