Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yeni tikilidə mənzil seçərkən nələrə diqqət etmək lazımdır?

 

    "Xeberinfo.com": Mənzil almaq ərəfəsindəykən, insanları ən çox maraqlandıran məsələ ən uyğun yaşayış sahəsinin seçilməsidir. Statistikaya görə, potensial alıcılar Bakının yeni tikililərindəki mənzillərə üstünlük verirlər və yalnız bundan sonra köhnə tikili bazarına müraciət edirlər. Bu ona görə baş verir ki, hər kəs anlayır ki, Bakı novostroykalarındakı mənzillərin danılmaz üstünlüyü onun uzun ömürlüyüdür. Bu göstərici 10-20 il , bəzi hallarda isə daha əvvəl tikilmiş köhnə tikililərdən 2-3 dəfə çox olur.

 

Beləliklə, qərar verilib, novostroykaların seçiminə hazırsınız, lakin nədən başlamağınızı bilmirsiz?

 

- Ən əsas məsələdən başlayaq. İşin maddi tərəfindən. Hər şeydən əvvəl bu tip daşınmaz əmlakın neçəyə başa gələcəyini bilməliyik. Bunu bilmək üçün axtarış sisteminə “Bakı yeni tikili qiymətlər” açar sözlərini axtarış sistemində qeyd etməyiniz lazımdır, və ya sadəcə olaraq Bakının bütün yeni tikililəri haqqında informasiyanı www.domik.azdaşınmaz əmlak portalından ala bilərsiniz. Nəticədə siz yeni tikililər və onların qiyməti haqqında ətraflı məlumat əldə edəcəksiniz. Bazardakı təklifləri araşdırarkən siz Bakı novostroykalarının qiymətləri arasında gülünc olacaq qədər aşağı qiymətdən başlayaraq fantastik şişirdilmiş qiymətlərə qədər hər növ seçim tapa bilərsiniz. Sizə qərar vermək qalır. Siz yeni əmlakınıza nə qədər xərcləmək istəyirsiniz?.

Əgər sizin birinici məqsədiniz qənaət etməkdirsə, sizə, tikintidə iş ortağı kimi iştirak etmək seçimi daha məqsədə uyğun gələ bilər. Maddi tərəfdən bu çox sərfəlidir. Axı loru dildə desək “katlavan” səviyyəsindəki Bakıdakı Novostroykaların qiyməti hazır mənzillərdən 20-30% daha ucuz olur. Amma bu halda həmişə işin bitmə müddətinin hər hansı səbəblərdən uzanma təhlükəsi var. Buna görə də əgər ən qısa müddətdə öz evinizə köçmək niyyətindəsinizsə onda 1 variant qalır – Hazır yeni tikililər.

Bu halda belə lazım olan mənzili tapmaq üçün yetəri qədər yorulmalı olacaqsınız. Mənzil seçimində yekun qiymətə təsir edəcək bir çox xırda nüanslara fikir verməli olacaqsınız. Bu nüansların arasında ən əsas nüans olaraq Yeni tikilinin yerləşdiyi ərazini qeyd etmək olar. Bunun öhdəsindən gəlmək üçün isə sizə Bakida yeni tikililərin xəritəsinbi təqdim edirik.

Qiymətə təsir edəcək aspektlərdən ikincisi evin tipi və sinifi aid edilə bilər. Hazır novostroykalar panel, kərpic tipli və monolit-karkas ola bilərlər. Sinif təsnifatına gəldikdə isə evlər ekonom, komfort, biznes və elit olaraq bölünürlər. Belə ki, ən ucuz variant panel tipli və ekonom sinifə aid, ən bahali isə monolit-karkas tipli elit sinfinə aid evlər olur.

 Evlərin parametrləri ilə dəqiqləşəndən sonra evin özünün daha dəqiq analizi ilə məşğul ola bilərik. Ilk növbədə ümumi sahəyə(kvadraturaya) fikir vermək lazımdır. Bununla siz 1m2 sahəyə düşən qiyməti hesablaya bilərsiniz. Bu isə sizə qiymətin bazar qiymətinə uyğun və ya süni qaldırılmış olması haqqında fikir sahibi olmağa kömək edəcək. Sonra evin planirovkası ilə bağlı nüanslara fikir veririk. Burda nəzərinizə çatdırmaq istərdim ki sərbəst planirovkası olan evlər standart planlı evlərə nisbətən daha bahalı olur.

 

Son qiymətə təsir edəcək daha bir aspekt isə təmirdir. Müştərilərə seçim olaraq hazır təmir olunmuş mənzillər və ya “boş divarlar” təqdim olunur. El arasında “qoliy divar yeni tikili” adlanan bu evlər sizin üçün daha ucuz başa gələcək və öz zövqünüzə uyğun təmir imkanı verəcək. Ən son olaraq isə Bakıda yeni tikili alarkən diqqət edəcəyiniz əsas məsələ sənədlərin düzgünlüyü olmalıdır.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam