Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Kirayə mənzil bazarında son vəziyyət -EKSPERTDƏN AÇIQLAMA

 

bina

“Yanvar ayında Bakıda kirayə mənzil bazarında manatla ifadədə 2,4 faiz artım olub, fevral ayında isə əksinə, qiymətlərdə 10,4 faiz azalma müşahidə olunub”.

Yenixeber.org:  Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, qış ayları olduğuna görə kirayə bazarında aktivlik çox aşağı səviyyədədir.

Ekspert əlavə edib ki, tədris ilinin sona çatması ilə əlaqədar may-iyul aylarında adətən kirayə mənzil bazarında qiymətlər təqribən 6-7 faiz aşağı düşür, amma avqustun 20-dən sonra, sentyabr ayında 13-15 faiz artır. N.İbrahimov vurğulayıb ki, ən çox tələb 2 otaqlı mənzillərədir.

Ekspertin sözlərinə görə, kvadratmetri nəzərə alınmaqla köhnə tikili mənzillərin kirayə qiyməti yeni tikili mənzillərin qiymətindən baha olur: “Köhnə mənzillərdə 1 kvadratmetr 11,1-11,2 manat, amma yeni mənzillərdə 8-9 manat arası olur. Çünki yeni mənzillərin sahəsi böyük olur. Tutaq ki, metro stansiyası ətrafında, təhsil ocaqlarının yaxınlığında olan köhnə binada 2 otaqlı mənzillərin kirayə qiyməti təqribən 400 manat, yeni tikilmiş binalarda isə 450-500 manatdır. Ancaq yeni tikili mənzillərin sahəsi köhnə tikililərin sahəsindən 2 və ya 2.5 dəfə böyükdür. Ona görə də kvadratı nəzərə alınmaqla köhnə tikililərin kirayə qiyməti baha başa gəlir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam