Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Beynəlxalq Müəllimlər Günü qeyd olunub-BSU-da

 

 

 

 

Yenixeber.org: Oktyabrın 5-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

 

Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin müəllim heyətini əlamətdar gün münasibətilə təbrik edib. O, Bakı Slavyan Universitetinin təhsildə qazandığı uğurların məhz universitetdə çalışan müəllimlərin sayəsində ərsəyə gəldiyini bildirib. O, müəllimi olmayan millətin gələcəyinin omadığını vurğulayıb. BSU rektoru Azərbaycanın dövlət siyasətində müəllimə daim hörmət və qayğının xüsusi yer tutduğunu nəzərə çatdırıb. O, Ümumilli lider Heydər Əliyevin “Mən həyatda qazandığım bütün urlara görə müəllimlərimə borcluyam!” fikrini xatırladıb. N.Əliyeva çıxışının sonunda  ölkəmizin parlaq gələcəyi üçün sağlam düşüncəli gənclərin yetişməsində əvəzsiz xidməti olan müəllimlərə  bir daha minnətdarlığını bildirib.

 

Sonra Respublika Veteranlar Təşkilatının üzvü Hacı Tofiq Seyidzadə çıxış edərək BSU-nun professor-müəllim heyətini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib və müəllimlərə həsr etdiyi şeirini səsləndirib. Vaxtilə tələbəsi olduğu M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun müəllimlərinə onun üzərində çəkdikləri zəhmətlərinə görə minnətdarlıq edib.

 

Tədbir konsert proqramı ilə davam edib. Universitetin “Arzu” rəqs ansamblının  hazırladığı rəqslər nümayiş olunub, tələbələrin ifasında şeir və mahnılar səsləndirilib. Sonda BSU-nun foyesində universitetin Gənc Rəssamlar Klubu tərəfindən müəllimlərə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 

 

BSU-nun Mətbuat xidməti


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam