Məşhur politoloq Bakı Slavyan Universitetində -FOTOLAR
Yenixeber.org: Bu gün Rusiyanın tanınmışictimai-siyasi xadimi, filosof, politoloq, tərcüməçi M.V.Lomonosov adına MDU-nun sosiologiya fakültəsinin Beynəlxalq münasibətlərin sosiologiyası kafedrasının müdir əvəzi,professor Aleksandr Dugin Bakı Slavyan Universitetinin (BSU) qonağı olub. BSU-nun rektoru, professor Nurlana Əliyeva A.Dugini qəbul edərək universitetin Rusiyanın ali məktəbləri ilə geniş əlaqələri barədə ona məlumat verib. Rektor BSU-da fəaliyyət göstərən mərkəzlər içərisində Rusiya tədris və mədəniyyət mərkəzinin xüsusi fərqləndiyini, həmin mərkəzin Moskva və Peterburqda fəaliyyət göstərən Azərbaycan mərkəzləri ilə geniş əlaqələrə malik olduğunu qeyd edib.
Sonra universitetin konfrans zalında A.Duginin BSU-nun tələbələri vəprofessor-müəlim heyəti, o cümlədən media nümayəndələri ilə görüşü olub.
Rusiyalı politoloqAzərbaycana ikinci dəfə gəldiyini bildirərəkölkəmizin inkişafını, Bakının gözəlliyini xüsusi vurğulayıb.O, Bakının dünyanın ən inkişaf etmiş paytaxtları bir sırada dayana bilən bir şəhər olduğunu qeyd edib.
Sonra Aleksandr Dugin auditoriya qarşısında Rusiya-Azərbaycan münasibətləri barədə geniş məruzə ilə çıxış edib. O, Avrasiya modeli əsasında türk və slavyan xalqlarının birgəyaşayışının vacibliyi barədə öz nəzəri mülahizələrini səsləndirib. Professor türk və slavyan xalqlarının özünəməxsusluğunun yalnız Avrasiya prinsipləri çərçivəsində mümkün olmasını dilə gətirib.
Filosof daha sonra öz yeni nəzəriyyəsi barədə dinləyicilərə məlumat verib. O, liberalizm, millətçilik, faşizm kimi ideologiyaların artıq özlərini tükətdiyni bildirib və öz nəzəriyyəsinin dördüncü ümumbəşəri ideologiya olduğunu, bütün əvvəlki nəzəriyyələrin müsbət tərəflərini özündə ehtiva etdiyini qeyd edib.
Mühazirənin sonunda rusiyalı politoloq auditoriyanı maraqlandıran çoxsaylı sualları cavblandırıb.
Aleksnadr Dugin özünün yenicə çap olunmuş kitablarını universitetə hədiyyə edib. BSU rəhbərliyi dəBakı Slavyan Universitetinin70 illiyinə həsr olunmuş xatirə kitabını qonağa bağışlayıb.