Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Piyadalara qarşı cərimələr sərtləşdirilir:20 MANATDAN 100 MANATA

piyade

 

Azərbaycanda bəzi piyadalara qarşı cərimələr daha da sərtləşdirilir.

Xeberinfo.com:  Avtosfer.az-a istinadən məlumata görə, piyadaların yol verdiyi qayda pozuntularının hamısı artıq eyni cəza ilə bitməyəcək. Belə ki, daha təhlükəli qayda pozuntusuna yol verən piyadaların cəriməsi də ağır olacaq.

Ötən ilin sonlarında yollardakı dəmir və beton arakəsmlərin üzərindən keçib yolun hərəkət hissəsinə çıxan piyadaların həbs olunması ilə bağlı Milli Məclisə göndərilən qanun layihəsi dəyişdirilib. Sayt yazır ki, layihənin ilkin variantında beton və dəmir arakəsmələrin üzərindən tullanıb yolu keçənlərin 15 günədək inzibati həbs cəzası ilə cəzalandırılması təklif olunurdu. Lakin bu təklif məqbul sayılmadığı üçün başqa cərimənin tətbiq edilməsi istənilir. Belə ki, həmin qayda pozuntusuna görə piyadalar həbs olunmayacaq. Onlar 100 manat məbləğində cərimə ediləcəklər.

Layihənin Milli Məclisə göndərildiyi və yaz sessiyasında müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, son vaxtlar yol qəzalarının sayında artım müşahidə olunur. Ölümlə nəticələnən qəzaların yarıdan çoxunu piyadavurmalar təşkil edir. Təkcə Bakı şəhərində ümumi yol qəzalarının 60 faizə yaxını piyadavurmalarla bağlıdır.

Hazırda İnzibati Xətalar Məcəlləsində piyadalara qarşı 4 maddə ilə inzibati protokol tərtib olunur. Onların da hər birinin cəriməsi 20 manatdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam