Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qaçqınlar sayğaclaşma əleyhinə aksiya keçirdilər -Yasamalda (FOTOLAR)

 

Yasamal rayonunda, Şərifzadə küçəsi, Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasıyla üzbəüz binada yaşayan məcburi köçkünlər etiraz aksiyası keçirib.
Xeberinfo.com:   BakiPost.az xəbər verir ki, onlar sayğaclaşmaya etiraz əlaməti olaraq yolu bağlamağa cəhd ediblər. Bildiriblər ki, kommunal qiymətlərin qaldırıldığı bir vaxtda onlar, işığın və qazın pulunu ödəyə bilməyəcəklər.
 
Sakinlərin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçiriblər və burada yaşamağın təhlükəli olduğunu bildiriblər. Nazirliyin bu qərarından sonra isə sakinlərin köçürülməsi əvəzinə, binada sayğaclaşma işlərinə başlanılması onların hiddətinə səbəb olub. 
Hadisə yerinə post patrul xidmətinin əməkdaşları cəlb olunub. Polislər köçkünlərin yolu bağlamasına mane olublar.
 

Qeyd edək ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsindən sonra onların yaşadıqları mənzillərdə sayğaclaşma prsosesinə başlanılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam