Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sakinlər qanunsuz tikiliyə etiraz edir -Binəqədidə

İcra başçısı yaşayış binalarının həyətlərindəki əraziləri də satmağa başlayıb

 

Xeberinfo.com:   Belə ki,Biləcəri qəsəbəsi Mikayıl Mikayılov küçəsi ev 11 və 11a binalarında yaşayan bir qrup sakin Mediatv.az-ın redaksiyasına şikayət  ilə müraciət edib. Şikayətdə qeyd olunur ki,  bir vətəndaş üç binanın arasında, düz səkinin qırağında və uşaqların oynadığı meydançada icazə almadan heç bir memarlıq və insanlıq qanunlarına uyğun gəlməyən  tikinti işləri aparır. Maraqlısı budur ki, bu tikinti binaların həyətinə giriş qapısını daraldır. Sakinlərin israrlı etirazlarına baxmayaraq, işi davam etdirilir. Belə ki, bu tikilinin adı çəkilən ərazinin ümumi görunüşünü nə qədər bərbad hala saldığını memarlıqdan anlayışı olmayan istənilən adamı belə heyrətə gətirir.Sakinlərin sözlərinə görə bu işə icazə verənlər onların rəyini mütləq nəzərə almalıydılar.İstəyimiz odur ki, bu tikili dayandırılsın. Sakinlərin etirazına isə məhəl qoyan yoxdur. Şikayətçilərin sözlərinə görə əraziyə isə nə İcra Hakimiyyətindən, nə Mənzil İstismar İdarəsindən, nə də polisdən heç kəs gəlməyib. Adı çəkilən binanın sakinlərinin sözlərinə görə tikinti aparan şəxs Binəqədi İcra Hakimiyyətindən rəsmi sənəd almasa da, tikinti aparılması barədə qeyri-rəsmi şəkildə razılığa gəliblər. Bunun necə edilməsini isə artıq Azərbaycanda bilməyən yoxdur. Bir sözlə,Binəqədidə dərəbəylikdir.

Mövzunu diqqətdə saxlayacağıq

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam