Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Məktəbin ərazisində tikinti aparılması etiraza səbəb oldu -Sumqayıtda (VİDEO)

Sumqayıt şəhəri 21 saylı məktəbin meydançasında tikinti işləri aparılır.

Yenixeber.org:   Sakinlər ərazidə qeyri-qanuni tikintinin aparıldığını iddia edirək etiraz edirlər. Şikayətçilər meydançanın sahəsində çoxmərtəbəli yaşayış binasınin tikilmək planının olduğunu deyirlər.

Tikinti işlərindən narahat olan sakinlər yerli icra hakimiyyətinə və Təhsil Nazirliyinin qaynar xəttinə şikayət ediblər.

Bu barədə “Bizim Yol”a sakin, birinci qrup əlil Vüqar Xəlilov məlumat verib.

“12-ci mikrorayonda yerləşən sözügedən məktəbin meydançası ətraf ərazilərdə yaşayan uşaqların da asudə vaxtının keçirdiyi yerdir. Amma məktəb meydançasını qəsdən dağıdıblar, onu yararsız vəziyyətə salıblar. Bir müddətdir ki, həmin ərazi hasarlanıb, bəzi ərazilərdə tikilinin təməli atılıb, kənarlarda isə texnikalar işləyir. Biz sakinlərin dəfələrlə etdiyi narazılıqlardan sonra tikinti işləri dayandırılıb. Amma ərazidə hasarlama işləri davam edir. Bizim şikayətimiz əsasında müvafiq qurumların əməkdaşları əraziyə gəldilər. Amma problem həll olunmadı. Biz sakinlər vəziyyətdən çox narahatıq”,-deyə V.Xəlilov bildirib.

O deyir ki, məktəbin ətrafında əlillərin yaşadığı 36 və 96 mənzildən ibarət iki yaşayış binası var. Burada digər yaşayış obyektləri də var. Bütün sakinlər mövcud vəziyyətdən narahatdırlar. Nə hökumət təşkilatları, nə də tikinti aparan şirkət sakinlərin müraciətinə cavab verməyib.

Ehtimala görə, həmin ərazidə qapalı futbol meydançası və sosial evlər inşa olunacaq.

Qeyd edək ki, Sumqayıt şəhəri 21 saylı məktəb 1970-ci ildən fəaliyyət göstərir. Təhsil müəssisəndə 1793 nəfərlik şagird yeri var.

Problemlə bağlı Təhsil Nazirliyinə informasiya sorğusu göndərilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam