NƏSİMİNİN İCRA BAŞÇISININ PİLOT LAYİHƏLƏR BAZARI-ARAŞDIRMA
Yenixeber.org: Məlum olduğu kimi, bu gün paytaxt Bakının abadlaşdırılması məqsədilə pilot layihələr həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndiriloməsinə dair əlavə tədbirlər barədə" 25 fevral 2016-cı il arixli 86 saylı Qərarına əsasən adları göstərilən rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə rayon icra hakimiyyətlərinə yaxın 5 il müddətinə bir sıra işlərin həyata keçirilməsi tapşırılıb. Bəri başdan qeyd edək ki, bu müstəvidə mübahisə doğuran məsələlərdən biri və birincisi evlərin qəzalı vəziyyətdə olması barədə verilən rəylərin sakinlərdə şübhə doğurmasıdır ki, əvvəlki yazılarımızda bu problemə toxunmuşuq. Nəsimi rayonu ərazisində də XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının sökülməsi nəzərdə tutulub.Mediatv.az xəbər verir ki NK-nın məlum Qərarında layihələri həyata keçirəcək tikinti şirkətləri arasında seçim etmək, hansı birinə üstünlük vermək ixtiyarı rayon icra hakimiyyətinin (bizim misalda Nəsimi RİH-nin) külli-ixtiyarına buraxılıb. Bir sözlə, RİH başçısı Asif Əsgərovun "istədiyi yar idi, yetirib pərvərdigar". Qəribədir ki, cənab A. Əsgərov imzaladığı 23 iyun 2017-ci il tarixli 172 saylı sərəncamıyla rayonun Azadlıq prospekti, Vaqif prospekti. Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələndirilməsi üçün torpaq sahəsini "Fədək" MMC-yə icarəyə verib. Başçının qanunvericilik dərsləri ilə zəngin sərəncamıyla sifarişçiyə qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında qanunvericiliyin tələbləri gözlənilməklə qarşılıqlı razılaşma əsasında mənzillərin ayrılmasını təmin etmək tapşırılıb. Lakin nəzərə alınmayıb ki, adı çəkilən məhdud məsuliyyətli cəmiyyət indiyədək tikinti sektorunda nəzərəçarpan işləriylə tanınmayıb, nizamnamə kapitalı, maliyyə gücü üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çatacaq səviyyədə deyildir. Evsiz qalacaq sakinləri sığortalayacaq bank zəmanəti də ortada yoxdur. Vətəndaşlarla - tikinti şirkəti - bank arasında üçtərəfli saziş sənədi imzalanmır. Üstəgəl, şirkətin inşaatçılarının peşəkarlığı da lazımi səviyyədə deyildir. Sökülən bir evin sakinlərinin hələ yarısı köçməmiş binanın ətarfı qazılır, yenisi qurulmadan mövcud infrastruktur bərbad hala salınır, sakinlərin giriş-çıxışına, kommunal xidmətlərdən istifadəsinə maneələr yaradılır. Bir sözlə, təzyiq göstərilir ki, maliyyə kompensasiyası məsələsi həll olunmamış binanı tərk edib öz imkanları hesabına başqa mənzil kirayələsinlər.Bütün sakinlərlə razılaşmadan binanın yarısını uçurtmağa, mövcüd komunikasiyanı dağıtmağa və vətəndaş yaşaya-yaşaya binanı qəzalı vəziyyətə salmağa tikinti şirkətlərinə külli ixtiyarı kim verib?Axı Azərbaycan Respublikasının Konstitusiyasında hər bir vətəndaşın mənzil tozunulmazlıq hüququ vardır.Belə hal Səməd Vurğun küçəsində Təzə Bazarın aşağısında yerləşən beşmərtəbəli binada da müşahidə olunur. Sabah həmin şirkətin müflis olacağı təqdirdə keçmiş sakinlərin aqibətinin necə olacağı əlbəttə ki, Asif Əsgərovu maraqlandırmır. Onu bu gün salim olmaq düşündürür, cümlə-cahan batsa da batsın, nə işi var.Ən əsası cənab prezidentin bu haqda olan sərəncamında da pilot lahihələr həyata keçrilən zaman vətəndaşlarla razılaşdırılması göstərilir.Bəllidir ki, indiyədək paytaxtda iflasa urayan bir çox tikinti şirkətlərinin işbaz rəhbərləri həbsə alınıb. Lakin onların məsuliyyətə cəlb olunması heç də aldatdıqları vətəndaşların çəkdikləri ziyanın əvəzinin ödənilməsinə gətirib çıxarmayıb. Mediatv.az saytının redaksiyasına daxil olmuş məlumata görə rayon ərazisində məlum pilot layihələr çərçivəsində iş verilmiş tikinti şirkətlərindən biri də faktiki olaraq Sumqayıt Telekommunikasiya Qovşağının sabiq rəisi Akif Əsgərova məxsusdur. Məhz məlum "Rabitə işi" gündəmdə olan vaxt sistemi qadasız - bəlasız tərk etməyi bacaran Akif Əsgərovun bu vaxtadək tikinti işindən də baş çıxardığı barədə hər hansı məlumat yoxdur. Yəqin pilot layihələrə yaxın buraxılmasına səbəb onun rayon rəhbəri ilə eyni soyadı daşıması olub (Kimin Akif Əsgərovun Asif Əsgərova necə yol tapması barədə başqa arqumenti, versiyası varsa, bizimlə, oxucularımızla paylaşa bilər).Pilot lahiyəni həyata keçirən hər hansı tikinti şirkətinin nizamnamə kapitalı heç on manat deyildirsə,evindən köçrülən vətəndaş üçün hər hansı bank zəmanəti yoxdursa,bununla bağlı müvafiq qanunvericilik pozulursa və ən əsası cənab Prezidentin bununla bağlı imzaladığı sərəncamın bəndləri pozulursa Rayon İcra Hakimiyyəti başçısının bu hərəkətinə nə ad vermək olar? Bütün bu təzadlar belə düşünməyə əsas verir ki, Nəsimi RİH-nin başçısının məqsədi heç də rayonu abadlaşdırmaq deyil, tikinti şirkətlərinə pilot layihələr satmaqdır.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.