Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

İcra başçısı «Azərenerji»nin prezidentilə şərikli biznesə malikdir - ŞOK İDDİA

 

 

Şair Alxasovun vəzifəyə gəlməsində Etibar Pirverdiyevin misilsiz xidmətləri olub

 

Xeberinfo.com:  Rusiya Federasiyası ilə sərhəddə yerləşən Qusarda icra başçısının fəaliyyətsizliyi yerli camaatı cana doydurub. Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, əmək fəaliyyəti dövründə «Azərelektroterm» İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, «Bərpaçı-A» MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışan, 2007-ci ildən isə Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində təmsil olunan Şair Balaşərif oğlu Alxasovun gələcək karyerası ciddi sual altındadır. Belə ki, onun tezliklə vəzifədən kənarlaşdırılacağı ilə bağlı hazırda yuxarı dairələrdə ciddi müzakirələrin aparıldığını iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyalarda deyilir ki, Şair Alxasov nüfuzlu məmurlardan birinin adından istifadə edərək, uzun illərdən bəri torpaq, bağ sahibi olan əhalini müxtəlif üsullarla malik olduqları torpaq sahələrindən imtina etməyə vadar edir. Buna misal olaraq Qusar rayon sakini Hacımirzə Ağamirzəyevin başına gələn olayları qeyd edən mənbənin sözlərinə görə, o, 5 otaqlı mənzilinin icra hakimiyyətinin başçısı Şair Alxasov tərəfindən qanunsuz söküldüyünü iddia edir: «3 ildir ki, torpağımı şəxsən icra başçısının göstərişi ilə əlimdən alıblar, üstündəki tikilini söküblər. Məqsəd də odur ki, başçı mənim torpağımda obyekt tikmək istəyir. Samur qəsəbəsində, gömrük-keçid məntəqəsinin yaxınlığında 46 sot torpaq sahəm var. Sənədləri də qaydasındadır. Həmin sahədəki evi icra başçısı kommersiya obyekti tikməkdən ötrü məhkəmə qərarı olmadan sökdürüb. Tələb etdim ki, torpağımdan əl çəksin, yoxsa məhkəməyə verəcəm, mənə cinayət işi açdırdı. Məni Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə təqsirləndirib işimi məhkəməyə verdilər. Guya mən torpaq sahəsini zəbt etmişəm. 3 il başımı məhkəmələrlə qatdı. Ancaq sağ olsun hakim, 3 il başçının təzyiqi ilə davam edən məhkəmə prosesinin sonunda mənə bəraət hökmü çıxartdı. Çünki həmin torpağa görə bütün sənədlərim var». Bu arada, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun vəzifəyə gəlməsində «Azərenerji»nin prezidenti Etibar Pirverdiyevin misilsiz xidmətlərinin olduğunu vurğulayan məlumatlı şəxs qeyd edir ki, Rusiya Federasiyası – Dağıstanla sərhəddə yerləşən Qusarda icra başçısının fəaliyyətsizliyi yerli camaatı cana doydurub: «Deyilənlərə görə, Şair Alxasovun icra başçısı postuna gəldiyi gündən bəri o, müxtəlif bəhanələrlə sakinləri, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanları incidir. Ümumiyyətlə, Qusar bu gün ölkənin ən geridə qalmış rayonlarından biri hesab edilə bilər. Bunun səbəbkarı məhz Şair Alxasov və onun ətrafında cəmləşən bəzi yerli məmurlardır. Deyilənlərə görə, icra başçısı vaxtının çox hissəsini Bakıda keçirir. Bu səbəbdən də onu rayonda tapmaq, qəbuluna düşmək çox müşkül məsələdir. Əhali sosial problemlərin içində itib-batır, amma başçı öz hayındadır. Ötən 9 il ərzində ölkə başçısı Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə bir neçə sərəncam imzalayıb və dövlət büdcəsindən milyonlar ayrılıb. Təəssüf ki, həmin vəsaitlərin istifadə olunması zamanı şəffaflığa riayət olunmayıb. Bu səbəbdən də rayonun mərkəzi küçələri, o cümlədən kənd yolları bərbad haldadır». Hazırda Qusar rayonunda vətəndaşlara icarəyə verilmiş dövlət torpaqlarında ayrı-ayrı adamların əkinçiliklə məşğul olduğunu iddia edən mənbənin sözlərinə görə, adı icarə müqaviləsində olan şəxsləri isə yaxına belə buraxmırlar: «Deyilənlərə görə, Şair Alxasov icra başçısı təyin olunandan sonra rayonda özü üçün hektarla torpaq sahəsi ayırıb. Bildirilir ki, onunla yanaşı, müavinləri və şöbə müdirləri də ənənəvi şəkildə torpaqları ələ keçiriblər. Hər kəsə bəllidir ki, meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Yəni meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır. Bu baxımdan, meşələrlə zəngin olan Qusar rayonu xüsusi gözəlliyə, mühüm əhəmiyyətə malikdir. Lakin son illər Qusarın meşələrinin başının üzərini ciddi təhlükə alıb. Bu təhlükə isə Şair Alxasov və Etibar Pirverdiyev ittifaqından qaynaqlanır. Deyilənlərə görə, icra başçısı ilə «Azərenerji»nin prezidenti şərikli biznesə malikdir. Belə ki, Qusar meşələrindəki ağacları qırmaqla, özlərinə məxsus olan mebel və parket sexlərinə cökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və s. kimi qiymətli ağaclar gətirilir, ilkin emaldan çıxaraq Bakıya daşınır. Bir sözlə, Qusar meşələrinin bəzəyi hesab olunan bəzi qiymətli ağac növləri bu gün Şair Alxasov və Etibar Pirverdiyevin şərikli biznes strukturları üçün əsl xammal bazasına çevrilib».

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam