Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İCRA BAŞÇISI OĞLUNU ELİT HƏRBİ HİSSƏYƏ NECƏ VƏ HANSI YOLLARLA SALDIRIB?

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov oğlunu elit hərbi hissəyə NECƏ VƏ HANSI YOLLARLA SALDIRIB?

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Eldar Mahmudovla kifayət qədər yaxın münasibətdə olub

O, «yuxarılar»ın etimadını doğrultmadığı üçün vəzifəsilə vidalaşa bilər


Xeberinfo.com:   Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov sözügedən vəzifəyə təyin olunduqdan qısa müddət sonra onun adı bir sıra xoşagəlməz məqamlarda hallanmağa başladı. Belə ki, icra başçısının əlində olan imkanlardan yararlanaraq, o cümlədən əlaqələrini işə salaraq oğlunu daha elit hərbi hissələrdən birinə yerləşdirməyə müvəffəq olduğunu vurğulayan məlumatlı şəxsin paylaşdığı informasiyaya görə, əslən Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Xanlıqlar kəndindən olan Arif Adil oğlu Qasımov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla kifayət qədər yaxın münasibətdə olub. Nizami Rayon İcra Hakimiyyətinin başçısının karyerası dövründə adının bir çox qalmaqallarda çəkildiyini qeyd edən mənbə bildirir ki, belə davam edərsə, o zaman yaxın vaxtlarda Arif Qasımov vəzifəsilə vidalaşa bilər: «Deyilənlərə görə, Nizami Rayon İcra Hakimiyyətinin başçısının adı vəzifədən alınacaq məmurlar sırasında ilk cərgələrdən birində qərarlaşıb. Çünki o, «yuxarılar»ın göstərdiyi etimadı hələ də doğrultmayıb. Bu səbəbdən də artıq yuxarı instansiyalar Arif Qasımovla yollarını ayırmağı düşünür. Onu da nəzərinizə çatdırım ki, Arif Qasımov hər zaman şəxsi maraqlarını ön plana çəkib, istəklərinin reallaşdırılması istiqamətində bir sıra yollara baş vurub». (Rublika)Məlumatlı şəxs həmçinin, onu da əlavə edib ki, ötən şənbə günü paytaxtın məşhur restoranlarından olan “Neolit”də Nizami Rayon İcra Hakimiyyətinin başçısının da iştirak etdiyi toy məclisində kütləvi dava olub: «Deyilənlərə görə, nəticədə adını dəqiqləşdirə bilmədiyim xidmətçi gənc möhkəm döyülüb. Məclis iştirakçılarından birinin sözlərinə görə, hadisə hansısa səbəbdən bir xidmətçi gəncin döyülməsi ilə başlayıb. Vəziyyət o qədər gərginləşib ki, icra başçısının özü də əlbəyaxa davaya qarışıb və Aqşin adlı bir nəfərə hücum edib. Arif Qasımov ona yüzlərlə adamın gözü qarşısında bir neçə zərbə endirdikdən sonra ailəsi ilə birlikdə toydan qovub, səhərisi gün isə Nizami rayonu ərazisində fəaliyyət göstərən çayxanasını bağlatdırıb. Hücuma məruz qalan ofisiantın isə xəstəxanaya yerləşdirildiyi bildirilir». Hələ bu, harasıdır. Arif Qasımovun əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin Dövlət əmlakının idarə olunması və istehsalın təşkili şöbəsinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı nazirinin köməkçisi, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, Nizami Bələdiyyəsinin sədri və 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışdığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Nizami Rayon İcra Hakimiyyətinin başçısı nəhəng biznes şəbəkəsinə malikdir: «Deyilənlərə görə, o, hələ Siyəzən rayonunun icra başçısı vəzifəsində çalışdığı dönəmlərdə özü üçün rayonda bir neçə nəhəng ferma inşa etdirib. Bu fermaları saxlamaq üçün təbii ki, əkin və otlaq sahələrinə ehtiyac var. Arif Qasımov bu ehtiyacı ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını zəbt edib. Həmin ərazilər indi icra başçısının fermalarına xidmət edir. Bildirilir ki, Arif Qasımovun Siyəzəndə bir neçə üzlük daş sexi də fəaliyyət göstərir. Həmin sexlər rayonda görülən bütün təmir-tikinti işlərini tikinti materialları ilə təmin edirdi. Qeyd olunur ki, hazırda bu proses Nizami rayonunda davam etdirilir. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, Arif Qasımovun hazırda Nizami rayonunda, Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir neçə ticarət obyekti mövcuddur. Həmçinin icra başçısının Bakının müxtəlif yerlərinə tikinti işləri apardığı iddia edilir».(haqqinsesi)Nizami Rayon İcra Hakimiyyəti başçısının paytxatda özünün və yaxınlarının adına onlarla mənzilinin, dəyəri milyonlarla manatla ölçülən bir neçə villasının olduğunu deyən mənbə bildirir ki, Arif Qasımovun qardaşı Vidadi Qasımov 2007-ci ilin iyun ayında silahlı insidentdə iştirak edib: «Deyilənlərə görə, iyunun 17-də saat 01.00 radələrində Atatürk prospektində yerləşən “Pürrəngi” çayxanasında atışma olub. Nərimanov Rayon Prokurorluğunun məlumatına görə, münaqişə zəminində Arif Qasımovun qardaşı Vidadi Qasımov odlu silahdan açılan atəşlə yaralanıb. Güllə yarası alan Vidadi Qasımov Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edim ki, həmin vaxt faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlansa da, cinayətin nəyin üstə törədilməsi indiyə kimi ictimaiyyətə açıqlanmayıb. Bundan başqa, onu da bildirim ki, Nizami Rayon İcra Hakimiyyəti başçısı bu yaxınlarda 600 min manatlıq maxinasiyada ittiham olunmuşdu. Belə ki, ölkə başçısının səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd etmişdi. Deyilənlərə görə, bu işdə o zaman Siyəzən İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Arif Qasımov da iştirak edib. Hər halda 600 min manat pulu alınan iş adamı istintaqa ifadəsində belə deyib. O, istintaqçılara bildirib ki, Həsən Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu Arif Qasımovun yanına göndərib. Gördüyünüz kimi, bütün bunlar Nizami Rayon İcra Hakimiyyəti başçısının adının əbəs yerə bir sıra xoşagəlməz olaylarda, qalmaqallarda hallanmadığını deməyə əsas verir».




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam