Xeberinfo.com: Artıq neçə müddətdir ki, redaksiyamıza Ağdam RIH-nin başçısı Raqub Məmmədov tərəfindən yol verilən çoxsaylı qanun pozuntularından bəhs edən məlumatlar daxil olmaqdadır. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda da qeyd etdiyimiz kimi, bu gün Ağdamın icra başçısının rəhbərlik etdiyi rayonun idarəçiliyində yol verdiyi ciddi nöqsanlar rayonun təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə kimi strateji əhəmiyyət kəsb edən sahələrini acınacaqlı bir duruma gətirib. Bu barədə daxil olan açıqlamalarda bildirilir.
Bir müddət öncə mediada Raqub Məmmədovun sabiq bossu və hamisi Çovdarov kimi Ağdamda sahibkarları şantaj etməsində və pul qoparmasından yazılmışdı.
Buna misal kimi icra başçısının Xaqani Əliyev soyadlı sahibkarın başına açdığı oyunlardan, onun torpaq sahəsini əlindən almasından, inzibati resurslarla qorxudaraq 30 min dollar tələb etməsindən yazılmışdı.
Daha bir fakt- Raqub Məmmədov Quliyev Allahverən adlı şəxs vasitəsilə Rafail Hətəmov adlı şəxsə rayon SUKANAL idarəsinə müdir qoyacağı vədi verib və sonuncudan 35 min manat alınıb.
Rafail vəzifəni çox gözləsə də başçıdan səs çıxmır. Rüşvət vermək üçün banklardan faizlə pul götürən Hətəmov günlərin birində rayon icra hakimiyyətinin qarşısında səs-küy salır:
“Mən bankdan pul götürmüşəm ki, Raqubun oğlu Roza Zərgərlinin kreditlərin ödəsin?”
Raqub Məmmədov İsmail Məmmədov adlı şəxsdən yenə Allahverən Quliyevin əli ilə 16 min manat alıb. Vəd isə bu olub ki, kəndlərdən birinə icra nümayəndəsi təyin olunacaq. Təbii ki, bu vətəndaş da aldadılanların sırasındadır.
Qeyd edık ki, redaksiyamıza Raqub Məmmədovla bağlı daha ilginc məlumatlar da daxil olub.
P.S. 1. Eldar Mahmudov, Akif Çovdarov çetesinin ən etibarlı kadrı Raqub Məmmədov Padamdara dönən yoldakı məhşur restoranda onu vəzifəyə təyin olunmasından sonra Ağdamlı Dəmirlə, Eldar Mahmudovla bağlı hansı sağlığı qeyd ediblər.
2. Görüşdə iştirak edən kapitan rütbəli şəxs Raqub Məmmədovla, Ağdamlı Dəmirin yaxını hazırda həbsdə olan Baş redaktora başqa bir nazirlə bağlı hansı yazıları yazmağı və saytlarda dərc etdirməyi böyük qonorar müqabilində xaiş edib.
3. Ağdamın ən böyük kəndlərindən olan Novruzlu kəndinin əhalisinin demək olar ki, yarıdan çoxunu saxta əlillik dərəcələri ilə təmin edərək, Dövlətə külli miqdarda ziyan vurmuş Raqub Məmmədovla Cavid bağındakı şirin görüşdən sonra Baş həkimlik eşqinə düşsədə arzusu gözündə qalmış həkimin Səhiyyə Nazirliyinin kadr şöbəsində adlarını çəkdiyi məsul şəxslərə rüşvət verdiyini deyən şəxslərin adları bəlli olacaq!
4. Ağdamın ən məşhur kəndlərindən birinə icra nümayəndəsi təyin etdiyi şəxsə görə Raqub Məmmədova xidməti kabinetində 15 000 manatdan icra başçısı onu verən şəxsə nəqədər şirinlik verdi? Müxtəlif vaxtlarda Raqub Məmmədovun Dəmirə olan borcuna görə verilmiş 200 000 manatdan artıq pulun müqabilində icra başçısı hansı öhdəlikləri daşıyırdı?
Bütün bu sadalananlar barəsində növbəti günlərdə geniş məlumat verəcəyik. Odur ki, saytmızı izləməyi unutmayın.
Orxan Teymur
Realmedia.az