Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hacıqabul dönüş nöqtəsinə çatmayıb

 

Bir çoxları bu nöqtəni 10 iyul tarixində görsələr də, başçı Əhməd Muxtarov özünəməxsus “iş üsullarını” hələ də ətalət üzrə davam etdirir

Xeberinfo.com:  Artıq dəfələrlə qeyd olunduğu kimi, son vaxtlar rəhbərlik etdiyi rayonda dövlət vəsaitlərinin mənimsənilməsinə şərait yaratması, eləcə də bölgədə fəaliyyət göstərən sahibkarlara qarşı yolverilməz rəftarı səbəbilə adı tez-tez mətbuatın gündəminə gətirilən yüksək vəzifəli məmurlardan biri də Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovdur. Eyni zamanda da, bizimdovr.az-a daxil olan açıqlamalarda Əhməd Muxtarovun rəhbərlik etdiyi rayonun idarəçiliyində yol verdiyi ciddi nöqsanların rayonun təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və bir çox digər sahələrini də acınacaqlı duruma gətirdiyi vurğulanır.

Mövzuya dair dərc etdiyimiz son materiallarda da biz vurğulamışdıq ki, dövlət başçısının iyul ayının 10-da keçirdiyi məlum müşavirədə təyin olunmuş şəxsi yoxlamanın nəticələri, eləcə də bəzi icra başçılarının adlarının yer aldığı siyahı barədə dedikləri fəaliyyətində ciddi nöqsanlar müşahidə olunan bir çox icra başçıları tərəfindən son xəbərdarlıq kimi qəbul oluna bilər.

O cümlədən, son zamanlar apardığımız araşdırmalar, daxil olan məlumatlar belə bir ehtimal irəli sürməyə əsas verir ki, Əhməd Muxtarov da bu gün fəaliyyətindən ən çox narazılıq edilən icra başçılarının sırasında qərarlaşıb. Bunun səbəbləri isə, artıq deyildiyi kimi, kifayət qədərdir. Hər halda ölkənin əksər bölgələrində müşahidə edilən dinamik inkişafın fonunda Hacıqabul rayonunun hələ də problemlər girdabında çabalaması özü-özlüyündə artıq ən böyük faktdır. Rayonda işsizlik səviyyəsinin yüksək olması, abadlıq-quruculuq işlərinin yarıtmaz şəkildə həyata keçirilməsi, ayrılan büdcə pullarının mənimsənilməsinə dair ittihamların çox olması kimi məqamlar, hazırda Hacıqabulu səciyyələndirən əsas amillərə çevrilib. Bu xüsusda rayondan daxil olan məlumatlarda Ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlığa dəstək verilməsilə bağlı verdiyi göstəriş və sərəncamlardan sonra belə, Hacıqabulda məmur özbaşınalıqlarına hələ də son qoyulmadığı vurğulanır. Məlum olduğu kimi, Əhməd Muxtarov artıq on ildən artıq bir müddətdir ki, bu rayona rəhbərlik edir. Hacıqabuldan olan iş adamları isə, bizimdovr.az-a verdikləri açıqlamalarda bütün bu illər ərzində mütəmadi olaraq bu məmurun güclü təzyiqlərinə məruz qaldıqlarını, rayonda sürəkli olaraq “haqq yığımları”nın həyata keçirdilyini vurğulayırlar.

Həmçinin qeyd etmək lazımdır ki, redaksiyamıza daxil olan məlumatlarda, Əhməd Muxtarovun bu əməllərinin əsas icraçılarından biri kimi, başçının köməkçisi Afiq Kərimovun adı çəkilir. Daxil olan çoxsaylı məlumatlardan birinə görə, Əhməd Muxtarov hər ay rayonun Təhsil şöbəsi, Səhiyyə idarəsi, Mədəniyyət və Turizm şöbəsi, Suvarma Sistemləri İdarəsi, Pirsaat Qış Otlaqlarının Su Təchizatı Sistemləri İdarəsi, Kür Su Kəmərləri İdarəsi, Rayon Telefon Qovşağı, 2 saylı Yol Yaşıllaşdırma MMC və digər təşkilat rəhbərlərindən “hesab” alır. Belə ki, icra başçısı hər bir büdcə idarəsindən ən azı 2 min manat “hesab” yığır. İddia olunur ki, Əhməd Muxtarovun idarə müdirlərindən aldığı bu “aylıqları” da Afiq Kərimov toplayır.

Bundan başqa, bizimdovr.az-a təqdim olunan digər açıqlamalarda Əhməd Muxtarovun həm də rayonun bir çox münbit ərazisilərində şəxsi heyvandarlıq və əkinçilik təsərüfatları yaratdığı da bildirilir. Rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın əkinə yararlı dövlət torpaqları məhz başçının, eləcə də Afiq Kərimovun və başçıya yaxın olan digər şəxslərin nəzarətində olduğu, onlar tərəfindən istifadə olunduğu bildirilir...

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam