Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SAĞI, SOLU TANIMAYAN HƏKİM...


NAZİRİN GÖZÜ HARA BAXIR? 

 

Xeberinfo.com:  Həyatı dərk edəndən bəri həkimlərin savdsızlığı barədə çox eşitmişdim. Yaddaşımda yer alan hadisələr çoxdur. Zamanında eşitdiyimə görə elə bədbəxt qadınlar olub ki, qızdı –deyə hamiləliyini pozdurmaq istəyən anda həkimin qanmazlığı üzündən uşaqlığı deşildiyindən əməliyyat stolunda keçinib. Hətta pataloji doğuş zamanı qanaxmanı dayandırmaq istəyən naşı həkim əllə müdaxilə etmək üsulundan istifadə edərək xəstənin daxili orqanını zədələdiyindən xəstə doğuş stolunda ölüb. Belə misalları çox çəkmək olar. Hətta belə də eşitmişik əməliyyatdan sonra həkim deyilən cəllad xəstədə müəyyən fəsadın üzə çıxdığını gördükdən sonra başa düşüb ki, cərrah aləti yaddan çıxıb xəstənin daxilində qalıb. Bütün deyilənləri eşitdıkcə insan necə mütəəssir olmasın. Gəlin, düşünməyək ki, sadaladıqlarım keçmişdə qaldı. YOX..Bu gün 21-i əsrin səhiyyəsinə nəzər yetirəndə vəziyyət daha da acınacaqlıdır. Sanki səhiyyə inkişaf etməkdənsə daha da geriyə gedir. Heç uzağa getməyək. Dediklərimi sübut etmək heç də, çətin məsələ deyil. Əsas məsələ fakt kimi görünənləri qələmə almaqdır. Əlbəttə bu məsələlər xalqın yanında olan və xalqı yetərincə məlumatlandıran jurnalistlərin üzərinə düşür. Bəzən jurnalistlər özləri də, belə üzdəniraq hadisələri qələmə almağa utanc hissi keçirir. Əslində bu yaxınlarda gündəmi silkələyən iki məsələni önə çəkmək yerinə düşərdi. Bütün eşitdiklərimə rəğmən səni ittiham edirəm ey dırnaqarası həkim adını daşıyan CƏLLAD! Bir anlıq Salyan şəhərinin doğum evlərindən birində baş verən hadisəni gözümüzün önünə gətirək. Ana dünyaya üçəm körpə gətirir. Yaradanın bir ailəyə bəxş etdiyi hədiyyə. Bu sevinci ailədən qoparmağa hansı bisavad həkimin ixtiyarı var? Jurnalist olaraq müraciət edirəm aidiyatı orqanlara. Niyə Səhiyyə Nazirliyi dövlət xəstəxanalarında GÖZƏ GİRƏN çatışmamazlığa göz yumur? Maraqlıdır, görəsən xəstəxananın doğum şöbəsində baş həkimin gözü hara baxır ki, günün günorta vaxtı işıqlar sönür və generator yerindəcə işə düşmür? Məgər o bilmir ki, patalogiya ilə doğulan zəif uşaqlar KÜVEYSDƏ saxlanılır və xəstəxanada hər an doğuş əməliyyatı keçirilə bilər? Axı nədən üçəm doğulan körpədən ikisi oksigen çatmazlığından tələf olmalı idi? Verilən məlumatlara əsasən həyatda qalan körpənin vəziyyəti bu gündə stabil ağır olaraq qalmaqdadır. Kimdir günahkar??? Bütün bunlar dediklərimin bir tərəfi. Kəsmək sözü dilimizdə çox məqamlarda işlənən ifadədir.Məsələn: Ağac kəsmək, heyvan kəsmək, ( Axır vaxtlar insan kəsmək, insan baltalamaq kimi sözlər də qulağımızdan yan keçmir) taxta kəsmək və.s Deyərsiz ki, bu sözün səhiyyə ilə nə .əlaqəsi var? Hərdən bizə elə gəlir və yan keçirik. Amma işin dərinliyinə varası olsaq bu ifadə birbaşa səhiyyə ilə eyni müstəvidə özünə yer alır. Beləki, müasir səhiyyədə insanın əksər orqanlarını implantasiya edə bilirlər. Açıq əməliyyat yolu ilə ürək köçürülür, böyrək, qara ciyər və başqa orqanlar həkimlər tərəfindən yenilənə bilir. Əlbəttə bütün bu əməliyyatları yerinə yetirmək üçün səriştəli və savadlı həkimlər lazımdır və bu Azərbaycan səhiyyəsinin uğuru sayılmalıdır. Görəsən bu gün dediyimiz o səriştəli həkimlər yetişə bilirmi? Yəni bu gün bizim təhsil sisteminin belə səlis fikir yürütməyə imkanı varmı? Deyərdim ki, düşündüklərimə çox az təsadüf edilir. Yazmağa da utanıram. Yaxın vaxtın sözüdür ki, yenə xəstəxanaların birində elə hadisə baş verdi ki, doğrudan da Azərbaycan Səhiyyəsinin iflas etməsinin sübutu kimi dəyərləndimək olar. Heç düşünə bilmirəm, həkim Valeh Kərimov necə ola bilər ki,sağ ayaqla sol ayağı səhv salsın? Yəni bu qədər həkim səriştəsizliyi ola bilərmi? "Hadisə ilə əlaqədar faktlara əsasən, polis əməkdaşları xəstəxanaya cəlb edilib. Bu işə görə mən özüm də şokdayam”, deyə baş həkim bildirib. Belə sual meydana çıxır . Görəsən həkim deyilən o çobanın insan anatomiyasından heçmi xəbəri yoxdur? Yenədə bir ailə göz yaşlarında boğuldu. Şəkərli diabed xəstəsi olan Tərlan Məmmədova iyun ayının 24-də Səhiyyə Nazirliyinin nəzdində olan Ankoloji Mikroccərrahiyyə şöbəsinə yerləşdirilir. Ayağının ambutasiya edilməsi üçün həkim Valeh Kərimov ailəsinə xəbərdarlıq da etmişdi. Axı QANQRENA diaqnozlu yaşlı ananın nə günahı vardı ki, həkimin səriştəsizliyindən yaşlı vaxtında əlil arabasına məhkum olsun. Demək naşı həkim (Əgər həkim demək mümkünsə) sözügedən xəstənin xəstə ayağını səhv salaraq sağlam ayağını kəsib. Hətta Ankoloji şöbənin direktoru Azər Şəmsəddinski bu faktı təstiqləyib. Bilirsizmi, necə gülünc vəziyyətdir. Bu hadisə bütün xəbər portallarında ildırım sürəti ilə yayıldı. Sosial şəbəkər bu hadisə ilə bağlı çoxsaylı xəbərlər yaymaqdadır. İctimaiyyəti maraqlandıran isə birmənalı olaraq Səhiyyə Naziri Oktay Şirəliyevin hadisəyə olan münasibətidir. Görəsən yatmış nazir yuxudan oyana biləcəkmi? Düşünə biləcəkmi, böyük bir məmləkətin sağlıq durumunu öz üzərinə götürüb və öhdəsindən necə gəlir? Belə aydın olur ki, bizə qıraqdan düşmən lazım deyil. Özümüz öz millətimizə qənim kəsilmişik. Bu gün xalqın vəziyyəti elə bir duruma gəlib ki, bu millətin özünün heç nəyi yoxdur. Sosial durumla bağlı banklara müraciət edən insanların var-yoxları kreditlə əlaqəli nəzarət altındadır. Ürəkağrısı ilə deyə bilərəm həqiqətən xalq elə vəziyyətdədir ki, ehtiyacı olan hər kəs, hətta xəstəsi olanda banklara üz tutur və düşünür ki, əzizləri, yaxınları həyata qayıtsın. Müasir səhiyyənin inkişaf etdiyi bir vaxtda həkimlər xəstələrin başına belə oyunlar gətirirsə insanlar kimə inanıb sağlıqlarını kimə etibar etsinlər? SAĞI, SOLU tanımayan həkiməmi....?! Əlbəttə bu məsələ ilə əlaqədar ictimaiyyət də narahatdır ki, həkimlik adına ləkə gətirən bu çobanın axırı necə olacaq? Cinayət məcəlləsində istinad olunan hansı maddəyə əsasən cəza alacaq yaxud müəyyən dolayı yollarla o yaşlı xanımın haqqı yerdə qalacaq? Əslinə baxsaq, cəza alsa nə olacaq, almasa nə olacaq. Gedən o bədbəxt anadan getdi və ən pisi də budur ki, Azərbaycan səhiyyəsində qara ləkə öz əksini tapdı. Maraqlıdır, görəsən gündəmi zəbt edən hadisələrdən Azərbaycan Prezidentinin xəbəri varmi, belə duruma onun fikri nə olacaq və belə savadsız həkimlərə hansı cəza növünü tədbiq edəcək.? 
P.S.Düşündürücü məqam budur ki, savadlı həkimlərin bəzisi etiraf edir ki, dünya səhiyyəsi Azərbaycan səhiyyəsini tanımır. Onlar yalnız İran səhiyyəsini qəbul edirlər. Əgər məsələ bu qədər bəsitsə bəs Oktay Şirəliyev niyə məhs o postu zəbt edib? Uzun illərdir iş başındadır xalqın sağlıq durumu ilə bağlı hansı əməli işləri görüb? Hətta dövlət xəstəxanaları da PULLU xidmət göstərir. Nazirin xəbəri varmı bir ana öz körpəsini dünyaya gətirmək üçün dövlət xəstəxanasına nə qədər məbləğ ödəməlidir? Hara baxır nazirin PULLA örtülmüş gözü?

 

TƏRANƏ ŞƏMS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam