Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

«Şöhrət» ordenli həkim cəzalandı

cərrah Cəfər QuliyevəSumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradıldığı bildirilir.

Xeberinfo.com:  Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya deyib ki, komissiya ölüm faktının səbəblərini araşdıracaq. Hadisənin həkim səhvi nəticəsində baş verməsi təsdiqlənərsə, uyğun tədbirlər görüləcək.

Xəstəxanada vəfat edən 35 yaşlı Lumu Veyisovanı əməliyyat edən 81 yaşlı həkim Cəfər Quliyevin artıq müalicə və əməliyyat işlərindən uzaqlaşdırıldığı deyilir.

Nazirlik sözçüsü 81 yaşlı həkimin indiyə kimi işləməsinin səbəbindən də danışıb. S.Əhmədova bildirib ki, qanunvericiliyə əsasən, həkimin elmi adı, uğurları, nailiyyətləri varsa, fəaliyyətini davam etdirməsinə icazə verilir. Cəfər Quliyev isə «Şöhrət» ordeni alıb.

S.Əhmədova deyib ki, mərhum Lumu Veyisova iyunun 26-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib: «Öd kisəsində çürümə prosesi gedən xəstə çox gec gətirilib. Həkim öd kisəsinin partlamasından ehtiyat edərək xəstəni təcili əməliyyat edib. Lumu Veyisova xəstəxanaya gətirilən zaman öd kisəsi yolları tamam tutulmuş, qarın boşluğu isə dağılmış vəziyyətdə olub. Əməliyyat zamanı xəstənin öd kisəsi çıxarılıb, damarlar bağlanıb. Öd kisəsinin yatağı təmizlənərkən qanaxma başlayıb. 3 gün xəstəxanada qalan xəstə iyunun 29-da bütün yardımlara və cəhdlərə baxmayaraq, dünyasını dəyişib».

Yaxınları isə Lumu Veyisovanın ölümündə həkimi günahlandırırlar. Onlar iddia edirlər ki, həkim yaşlı olduğundan əlləri əsib və xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.

Son vaxtlar Azərbaycan səhiyyəsindən tez-tez şikayətlər eşidilir.

İyunun 24-də Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində bir həkim şəkər xəstəsi olan yaşlı xəstənin iltihablı sol ayağı əvəzinə, sağlam sağ ayağını kəsmişdi. Sonradan həmin xəstənin digər ayağı da əməliyyat olundu. Cərrah isə istintaqda ifadə verdikdən sonra sərbəst buraxıldı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam