Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

48 saylı Təlim-Tədris Mərkəzi “özəlləşdirilib”: direktorun atası tərəfindən


 

 İşçilərin maaş kartları, mərkəzin geniş ərazisi və Yeni Günəşlidəki məşhur “Dərələyəz” kafesi...

 

Xeberinfo.com: Təlim-Tədris Mərkəzi-əski sovet təhsilinin yadigarıdır. Çoxlarımız üçün bu gün də əməli, məqsədi naməlum olaraq qalır. Görünür hələ də var olmağı uyğundur: cəmiyyət üçün elə bir faydası olmasa da, ...

Belə mərkəzlərdən biri-48 saylı Təlim-Tədris Mərkəzi-ilə bağlı xeberinfo.com-a maraqlı məlumatlar daxil olub. Məlumatların bir qismi ümumi xarakterli olsa da, müəyyən özəllikləri ilə diqqəti çəkən məqamlar da var...

İlk öncə 48 saylı Təlim-Tədris Mərkəzində “ailə podratı” ilə bağlı: bu təhsil müəssisəsinə uzun illər Aftandil Nəbiyev rəhbərlik edib. Özü də necə? Aftandil müəllimin rəhbərliyində başlıca prinsip qohumbazlıq olub. İşlədiyi dövrdə maksimum yaxınlarını ətrafına toparlayıb. Onlardan biri də oğlu-48 saylı Təlim-Tədris Mərkəzinin hazırkı direktoru-Firudin Nəbiyev olub.

Təcrübəli ata-direktor postunu asanlıqla oğluna ötürə bilir. Amma, bu sadəcə məsələnin rəsmi tərəfi olur. Məlumata görə əvvəllər olduğu kimi, yenə də 48 saylı Təlim-Tədris Mərkəzini Aftandil Nəbiyev idarə edir. Özü də mərkəzdə YAP-nın sədri adı ilə(?)

Aftandil Nəbiyevin o zamankı və indiki idarəçiliyi ilə bağlı ziddiyyətli məlumatlar var. Xeberinfo.com-u məlumatlandıran mənbəmiz bildirir ki, Aftandil müəllim o zaman olduğu kimi, indi də mərkəzin əsas işini yumşaq desək arxa plana keçirib. Öndə olan başqa nəsnələrdir...

İşçilərin (Əksəriyyəti yaxınlarıdır.) maaş kartları, mərkəzin geniş ərazisi və Yeni Günəşlidəki məşhur “Dərələyəz” kafesi... İndi Aftandil müəllimin bir an da olsun ki, yadından çıxmayan bu sadaladıqlarımızdır. Həm də bu sırada Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da olmaqla, bir neçə tanınmış şəxslərin adı hallanır.

Hələlik bu istiqamətdə lazımı dəqiqləşdirmələri yekunlaşdıra bilmədik. Ata-oğul Nəbiyevləri dinləmək cəhdlərimiz isə nəticəsiz oldu. Ata Nəbiyev yalnız bir faktla bağlı “cavab” verdi: “necə olur ki, prezident postunu oğluna verə bilir, mən yox?”.

İnanmq çətindir ki, təhsil naziri hörmətli Mikayıl Cabbarovun bütün bunlardan məlumatı olmuş olsun.

Mövzu diqqətimizdədir.

Sahib  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam