Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

48 saylı məktəbin direktoru Şahismayılın şahlığına son qoyulacaqmı

48 saylı məktəbin direktoru Şahismayılın şahlığına son qoyulacaqmı

 

Xeberinfo.com:   Azerbaycaninfo.az-a 48 saylı məktəblə bağlı insanları şoka salan məlumat daxil olub.Təhsil nazirinin pul yığımları ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, hələ də bəzi məktəblərində köhnə ənənələr davam etdirilməkdədir. Adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata görə, Şahismayılın rəhbərlik etdiyi 48 saylı tam orta məktəbdə özbaşınalıq pik nöqtəyə çatıb. Bu barədə Azerbaycaninfo.az saytına valideynlərdən biri məlumat verib. Məlumata görə, sözügüdən məktəbdə şagirdlərin məktəbdən yayınmasının birinci səbəbi təlim prosesinin zəifliyi, müəllimdən lazımi səviyyədə bilik ala bilməməsi, tədrisin aşağı səviyyədə olmasıdır. Bildirilir ki, müəllimlərin bilik səviyyəsi çox aşağıdır. Şəxsi tədris planları yoxdur. Əvvəllər müəllimdən plan tələb olunurdu ki, dərs vaxtı nədən danışacaq. Məlumatda qeyd olunur ki, müəllimlərin metodiki hazırlığı çox zəifdir. Əksəriyyəti başdansovdu dərs keçir. Şagird məktəbdə dərs vaxtı müəllimdən bilik ala bilmir. Məcburdur, dərsdən sonra başqa müəllimin yanına getsin. Ona görə valideynlər uşaqları məktəbdən yayındırıb repititor yanına göndərirlər. Bir sinifdə 10-15 nəfər dərsdə iştirak etmirsə, bu, artıq xəstəliklə bağlı deyil. Deməli, bu uşaqlar dərs vaxtı harasa başqa yerə gedirlər. O başqa yer də, birinci halda repititordur, ikinci halda, ümumiyyətlə, dərsdən yayınmaqdır. Mənbənin Azerbaycaninfo.az-a verdiyi məlumata görə, direktor təkcə şagirdlərdən deyil, elə müəllimlərdən də pul yığmağın optimal yollarını tapıb. 
Birinci sinifə qəbul 50 manat. 30 manat direktora, 20 manat sinif rəhbərinə. Bu informasiyaların isə doğruluğunu yoxlamaq müşkül məsələdir. Məsələn, dərs saatlarının bölgüsü və təyinatı, habelə qrup və dərnək rəhbərlərinin təyin olunması kimi işlər hamısı qazanc mənbələri hesab olunur. Üstəlik, əlavə dərs saatlarının təyin olunması da bir ayrı gəlir sahəsidir. Məsələn, yuxarı siniflərə rəhbərlik müqabilində müəllim nəsə ödəməlidir. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzində hər bir müəllimin ödədiyi məbləğ isə bir neçə min manata çatır. Verilən bilgiyə görə, bu məktəb Xətaidə ən çox qanun pozuntularının qeydə alındığı təhsil ocağı kimi tanınır. Belə ki, məktəbdə yuxarı sinif şagirdlərinin bir neçəsi ümumiyyətlə məktəbin yerini belə bilmir. Bildirilir ki, ali məktəblərə repetitor yanında hazırlaşan 10 və 11-ci sinif şagirdləri direktorla «anlaşıb» aylığa çıxması bu düyünün əsl açarıdır. Şagirdlər və onların valideynləri də təsdiqləyə bilərlər ki, Şahismayıl Rüstəmovun şahlıq idarəetmə üsulu bu məktəbdə xaos yaradıb.Qarşı tərəf məsəliyə münasibət bildirməkdən yayındı.
P.Həsrət
P.S.. Biz redaksiya olaraq ümid edirik ki, Mikayıl Cabbarovun belə işlərdən xəbəri yoxdur və məlumat alan kimi ciddi tədbirlər görəcək. Həm də öyrənib sizi məlumatlandırmağa çalışacağıq ki, Şahismayıl Rüstəmovun şahlıq idarəetmə üsulunun təməlində nələr dayanır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam