Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Rektora qarşı tələbə aksiyası

 

Rektor Müşfiq Atakişiyevin dekanlardan imtahanlarda daha çox pul yığmağı tələb etməsi ortalığı qarışdırıb 

Təfəkkür Universitetində daha bir narazılıq baş qaldırıb. Daha doğrusu, bu dəfə dekanlarla rektor arasında imtahan qiymətləri məsələsində qalmaqal baş verib. 

"Xeberinfo.com":  Məlumata görə, rektor Müşfiq Atakişiyev imtahan sessiyası başlayan ərəfədə bütün dekanlara xəbərdarlıq etdiribmiş ki, əvvəlki illərə nisbətən bu onlardan alınacaq pulun miqdarı artırılacaq. Dekanlar ilkin mərhələdə bu təklifə etiraz etməsələr də, gedişat fonunda məlum olub ki, tələbələr daha artıq pul vermək fikrində deyillər. Yəni, ötən il nə qədər ödəyirdilərsə, bu il də o qədərini vermək fikrindədirlər. 

Məlumatda deyilir ki, rektorun tələb etdiyi pulu toplaya bilməyən dekanlar narazılıqlarını ifadə etmək üçün Atakişiyevin yanına gediblər. Və elə mərəkə də orada qopub. Belə ki, rektor dekanlara sözünü dediyini və fikrindən daşınmaq niyyətində olmadığını çatdırıb. Üstəlik, onları tələb etdiyi qədərini gətirməyəcəkləri təqdirdə işdən çıxarılacaqları ilə hədələyib. 

Məlumatda o da deyilir ki, dekanlarla rektor arasında yaranmış gərginlikdən dolayı tələbələr əziyyət çəkir. Və yaranmış biabırçı vəziyyət səbəbindən tələbələr etirazlarını bildirməyə qərarlıdırlar. Bizə çatan məlumatlara görə, bu həftə içində tələbələr Təfəkkür Universitetinin qarşısında etiraz aksiyası keçirməyi qərarlaşdırıblar. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

JAM.AZ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam