Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bələdiyyə sədrinin alveri gur gedir

 

Sabunçunun icra başçısı Adil Vəliyevlə Zabrat bələdiyyə sədri Adil Hənəfiyevin ortaqlığı hər ikisinə böyük gəlirlər gətirir

 

    "xeberinfo.com": Bakıda və Bakı ətrafı kəndlərdə bələdiyyələrin ən gəlirli yerləri torpaq satışının olduğu hər kəsə bəllidir. Bələdiyyələr dövlətin hektarlarla torpağını satır və bu zaman bələdiyyə büdcəsinə cüzi miqdarda icarə haqqı keçirib böyük miqdarda vəsaitləri isə mənimsəyirlər. Hamıya bəllidir ki, Bakıda hər bir bələdiyyə sədrinin yanında onlarla torpaq dəllaları çalışır. Bu dəllaların çoxusu isə fırıldaqçılıqla məşğul olaraq insanlarımızı aldadırlar. Hər il Bakıda bələdiyyə sədrlərinin torpaq satışından qazancları isə milyon manatlarla ölçülür. Bu sahədə olan qanunsuzuluq və özbaşınalıq hər zaman gündəmdə olsa da, nə icra orqanları, nə də hüquq-mühafizə orqanları qayda düzən yaratmaq üçün heç bir addım atmırlar. Nəticədə isə paytaxt Bakının on hektarlarla torpaqları sadəcə olaraq bir yığın məmur tərəfindən açıq şəkildə mənimsənilir.

 Məlumata görə,Adı çəkilən qəsəbələrin bələdiyyə sədrləri icra nümayəndələri ilə birləşərək dayanmadan vətəndaşlara torpaq satırlar.
Bildirilir ki, hazırda Zabrat qəsəbəsində torpağın bir sotunun qiyməti 10 min mantata yaxındır. Qiymətlərin bu cür fantastik həddə çatmasının səbəbi isə «Sovetski» ərazisinin sökülməsidir. Zabratdakı mənbə qeyd edir ki, qəsəbədə torpaq alanların çoxsu «Sovetski» sakinləridir. Məhz buna görədə qiymətlər birdən birə fantastik şəkildə qaldırılıb. 
Məlumata əsasən Zabrat qəsəbəsinin bələdiyyə sədri Adil Hənəfəliyev qəsəbə icra nümayəndəsi Vuqar Əsədovla başa başa verərək ayda xeyli topraq satırlar. Bildirilir ki, bələdiyyə sədri ilə icra nümayəndəsi bir neçə il bundan qabaq yaxın adamlarının adlarına sənədləşdirdikləri torpaqları indi yavaş yavaş «xırd» edirlər. Həm də çox baha qiymətə. Qeyd olunur ki, bir neçə il əvvəl istər icra nümayəndəsi, istərsə də bələdiyyə sədri hektarlarla torpağı öz qohumlarının adına sənədləşdiriblər. Bələdiyyə sədri və icra nümaynədəsi bu yolla qəsəbəninin ən yaralı və yaxın ərazilərdə yerləşən torpaqları öz əllərinə keçiriblər. Həmin torpaqlar qəsəbənin yaxşı yerində olduğu üçün hazırda sotunun qiyməti 10 min manata yaxındır.
Buna baxmayraq bələdiyyə sədri Adil Hənəfəliyev qəsəbənin kənarında daha ucuz qiymətə də torpaqlar satır. Məlumatda göstərilir ki, qəsəbə kənarında satılan torpaqların bir hissəəsi dövlət tərəfindən qəbirstanlıq kimi nəzərdə tutulan ərazilərdir. Məhz bələdiyyə sədridə həmin boş qəbirstanlıq ərazilərini indi gizli olaraq satır. Satılan torpaq sənədlərinin isə sadəcə bələdiyyə kağızı var. Yəni bir neçə ildən icra hakimiyyəti rahatlıqla həmin ərazidəki evləri sökə bilər və burda qeyri-qanuni heç bir şey olma. Təbii ki, bir qayda olaraq torpaqları qanunsuz olaraq satan insanlardan hesab da sorulmur.
Mənbə bildirir ki, Zabrat qəsəbəsində bələdiyyə sədri Adil Hənəfəliyevin torpaq maxinasiyasına rayon icra başçısı Adil Vəliyev havadarlıq edir. Belə ki, bələdiyyə sədri məhz icra başçısının nəzarəti altında torpaq biznesini qurub. Sabunçu icra başçısı Adil Əliyevin yaxın adamları isə Zabrat və Kürdəxanı qəsəblərində yüzlərlə həyət evlərinin tikintisi ilə məşğuldurlar. Həmin evlər təmir olunduqdan sonra baha qiymətə satışa çıxardılır.
Bildirək ki, hazırda paytaxtda ən yaxşı biznes məhz ev tikib satmaqdır. Görünür biznesmen icra  başçısıda fürsəti əldən verməyərək bu sahədənsə pul qazanmaq istəyir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam