Bələdiyyə sədri “texpasport əvəzini” 250-400 manat arasında satır
Mehdiabad bələdiyyəsinin sədri sakinlərə “texpasport əvəzini” 250-400 manat arasında satır
"Xeberinfo.com": Məlumata görə, Paytaxtın müxtəlif yerlərində tikili evlərin sökülməsi son aylar Bakıda torpağın qiymətinin kəskin şəkildə qalxması bələdiyyə sədrlərini torpaqların ucdantutma satışına həvəsləndirib.
Dövlət başçısı İlham Əliyevin 2007-ci ildə ölkə prezidentinin verdiyi sərəncama əsasən bələdiyyə torpaqları hərraclarda satılmalı olsa da, hələ bu günə qədər ölkədə bələdiyyələrin torpaq satışı üçün hərrac həyata keçirməsi haqqında heç bir fakta rastl gəlinmayıb. Hətta bu günə qədər heç bir bələdiyyə hərrac keçirməsi haqqında elan belə verməyib. Dövrü mətbuatda da hər hansı bir bələdiyyənin hərrac keçirməsi barədə heç bir məlumata rast gəlinməyib. Amma buna baxmayaraq 2007-ci ildən bəri Bakı şəhərində bələdiyyələr tərəfindən milyardlarla manatlıq torpaq satılıb.
Bələdiyyələrin prezidentin verdiyi sərəncama riyaət etməməsi ilə yanaşı satılan torpaqlardlan əldə olunan milyardlarla manat vəsaitin hara sərf olunması barədə heç bir məlumat yoxdur. Bakının qəsəbələrinin sosial inkişafında böyük əsaslı maliyyə mənbəyi olan bu vəsaitlərin mənimsənilməsi heç kimdə şübhə doğurmur. Bir çox hallarda isə bələdiyyələrin vətəndaşlara verdikləri sənədlərin heç bir hüquqi əsası olmur. Bu isə o deməkdir ki, ölkə bələdiyyələri, xüsusilə Bakı bələdiyyəlri dələduzluqla məşğul olurlar. Hazırda bu problem on minlərlə kasıb və möhtac insanın ən böyük problemlərindən birinə çevrilib.
Bununla yanaşı bələdiyyə sənədlərini yoxlayarkən məlum olacaq ki, torpaqların satılması barədə hərraclar keçirilib. Bu hərraclardan heç kimin hətta torpaqları alanların xəbəri belə olmasa da, sənədlərdə bələdiyyə sədrləri hərracların keçirildiyini iddia edəcəklər. Əslində torpaqları satanlar bələdiyyə sədrlərinə, onların müavinlərinə bağlı olan dəllallar və dələduzlardır ki, həmin dəllallar on minlərlə insanı aldadaraq onların son ümidlərinin üstündən xətt çəkməklə məşğuldurlar.
Təbii ki, həmçinin sənədlərdə satılan torpaqların qiyməti su qiymətinə göstərilir və bu qiymətləri gördükdən sonra hər kəs hektarlarla torpaq almaq fikrinə düşə bilər. Bütün bunların müqabilində isə ortada talan olunan bələdiyyə torpaqları və bir neçə bələdiyyə məsulunun və icra orqanlarının vəzifəli məmurlarının mənimsədikləri milyardlar var.
Son bələdiyyə seçkilərində köhnə sədrlərin yenidən “seçilməsi” isə, o anlama gəlir ki, hələ bu problem uzun illər davam edəcək. AzFakt.com Mehdiabad bələdiyyəsi ilə bağlı daxil olan məlumatda da yuxarıda göstərilən özbaşınalıqlar və böyük korrupsiya faktları öz əksini tapıb. Belə ki, yenidən ikinci dəfə Mehdiabad bələdiyyə sədri seçilən Əbülfət Nuruyev artıq indidən pul qazanmağın yeni yollarını armağa başlayıb.
Qəsəbədə yaşayan sakinlər tərəfindən verilən məlumatda qeyd olunur ki, Əbülfət Nuriyev bələdiyyə seçkilərində ona rəqib ola biləcək şəxsləri icra hakimiyyətinin əli ilə sıradan çıxardaraq yenidən sədr seçilməyə nail oldu. Çünki Əbülfət Nuriyevin özünün dediyi kimi “yarımçıq” işləri qalıb.
İnformasiya mənbəmizin iddiasına görə Əbülfət Nuriyev yaxın ətrafına açıq aşkar deyib ki, yenidən sədr seçilmək üçün 200 min manatdan çox “xərc” çəkib. İndi isə xərclədiyi vəsaitin bir hissəsini tez bir zamanda çıxartmaq lazımdır. Bunu üçün isə yüksək gərginlik xətlərinin altında qalan bəzi torpaqları tez bazar satmaq, həmçinin qəsəbədə qeyri qanuni ev tikən vətəndaşlara “xəritə” hazırlamaq əməliyatıdır.
Bildirilir ki, bələdiyyə sədri 5 il bundan öncə adi bir quru kağızla satdığı topraq sahələrində tikilən qanunsuz evlərə “sənəd” verməklə külli miqadrda qazanc qazanmaq niyyətindədir. Bu iş isə qəsəbədə qanunsuz tikilən evlərin lahiyyəsinə dair çıxarışların hazırlanması və onlara sənəd verilməsi maxinasiyasıdır.
Yəni Əbülfət Nuriyevin indi əsas maxinasiyası “özbaşına tikilən evlərə “texpasport” almaq üçün sənədlərin hazırlanmasıdır. Bələdiyyə sədri “tezpasport” əvəzinə qol çəkməkdən ötrü isə vəətndaşlardan 250-400 manat arası hesab alır. Konkret olaraq Mehdiabad qəsəbəsində yaşayanlar bilirlər ki, qeyd olunan sənədi almaq üçün cibinə 250-400 manat arası pul qoyub Əbülfət Nuriyevin yanına getmək lazımdır.
Qeyd edək ki, Mehdiabad bələdiyyəsinin köhnə və təzə sədri Əbülfət Nuriyevin həyata keçirdiyi digər maxinasiyalarla bağlı daxil olan ilginc informasiyaları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
Pia.az