Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Əlixan Musayevin çağırışları ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır”

Mübariz Qurbanlı: “Əlixan Musayevin çağırışları ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır”

 

 

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıdakı İlahiyyat və Qaraçuxur məscidlərində “Suriya cihadı” adlı təbliğatla bağlı yayılan xəbərlərə, o cümlədən Əbubəkr məscidinin keçmiş imamının müavini olmuş Əlixan Musayevin eyni məzmunlu səs yazısına münasibət bildirib.
 
Xeberinfo.com:  M. Qurbanlı APA-ya açıqlamasında deyib ki, bir çox məscidlərdə axund və imamlar rəsmi təyin edilən şəxslər olduğuna görə onların xütbələri xüsusi hazırlanmış kitablardakı mövzuları əhatə edir: "Bu kitablar QMİ-nin Qazılar Şurası tərəfindən təsdiq olunub. Ona görə də kimlərinsə məscidin minbərinə çıxaraq radikal dini çağırışlar etməsi qeyri-mümkündür. Bəzi məscidlərdə müəyyən radikal qruplar ibadətdən sonra ya məsciddə, ya da kənarda öz aralarında hansısa söhbətlər aparırlarsa, bu, artıq qeyri-rəsmi təşviqat adlanır. Amma buna qarşı da mübarizə aparılır. Əsas metodumuz dini maarifləndirmədir. Bu cür zərərli fikirləri yayanların qarşısını öncədən almaq üçün profilaktik tədbirlər görülür. Gənclər, ümumiyyətlə, əhali arasında güclü maarifləndirmə işləri aparılır. İlahiyyat və Qaraçuxur məscidlərində rəsmi moizələr, rəsmi xütbələr verən şəxslər QMİ-nin təyinatı ilə orada çalışan şəxslərdir. Monitorinqlərimiz də göstərir ki, bu məscidlərdə moizələrdə dövlətin siyasətinə zidd hansısa fikir söylənilmir, radikal qrupların təşviqatı aparılmır. Amma bu məscidlərə yüzlərlə adam gəlir və onların içərisində dindən başı çıxan da var, çıxmayan da. Radikal qruplara meyilli olanlar da var. Onların məscidin həyətində, yaxud harasındasa zərərli təşviqatı varsa, buna qarşı da tədbir görülür və görüləcək”.
 
M. Qurbanlı Əlixan Musayevin yayılan səs yazısına, onun Suriyada döyüşənləri şəhid adlandırmasına və çağırışlarına da münasibət bildirib: “Əvvəla, şəhid öz torpağı, vətəni uğrunda ölənlər olur. Bizim çoxlu əsgərlərimiz, oğul və qızlarımız var ki, vətən uğrunda şəhid olublar. Məsələn, Mübariz İbrahimov. Suriyada, İraqda radikal qrupların tərkibində vuruşub həlak olanlara şəhid deyən adamın özü həmin radikal qruplarla eyni fikirdədir. Bu, yolverilməzdir. Belə fikirlər səsləndirən adamlar İslama aid olmayan, İslamı parçalanmaya sövq edən adamlardır. Əlixan Muüsayev və onun kimi adamların bu cür çağırışları ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır”.
 
M. Qurbanlı onu da əlavə edib ki, səs yazısı komitə  tərəfindən də araşdırılacaq: “Bizim eskpertiza bunu araşdıracaq və ekspertizanın nəticəsində biz aidiyyəti orqanlara müraciət göndrəcəyik”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam