Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Axund və imamlara ciddi xəbərdarlıq

 

“Hansısa məsciddə, yerdə xütbə zamanı orada çalışan imam və ya axund qanunvericiliyə zidd hərəkət edirsə, xütbəsində dini ədavəti qızışdıran çağırışlar edirsə, və ya yaxud gəncləri, orada iştirak edən insanları başqa çağırışlarla yolundan çıxarmağa çalışırsa, bizə bu fakt daxil olan kimi onunla bağlı müvafiq olaraq dini idarə ilə əlaqə saxlayırıq”

 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı qeyd edib ki, Azərbaycandakı məscidlərin böyük əksəriyyəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birbaşa dini rəhbərliyi ilə idarə olunur:
“Orada axundlar və imamlar təyin olunur və onlar öz işini aparır. Eyni zamanda, bizim komitə tərəfindən qanuna əməl edilməsinə nəzarət olunur. Hansısa məsciddə, yerdə xütbə zamanı orada çalışan imam və ya axund qanunvericiliyə zidd hərəkət edirsə, xütbəsində dini ədavəti qızışdıran çağırışlar edirsə və ya yaxud gəncləri, orada iştirak edən insanları başqa çağırışlarla yolundan çıxarmağa çalışırsa, bizə bu fakt daxil olun kimi onunla bağlı müvafiq olaraq müvafiq olaraq dini idarə ilə əlaqə saxlayırıq. Əgər belə bir imam və ya axund aşkar edilirsə, onun çalışmasına imkan verilmir və verilməyəcək də! Biz hər hansı xırda dini təriqəti, cərəyanı təşviq edərək Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən hər kəsin qarşısındayıq və qarşısını alacağıq. Hüquq-mühafizə orqanları, vətəndaşlarımız alacaq. Bizim komitə və QMİ bununla məşğuldur. Biz radikalızmin Azərbaycan kök atmasına, intişar tapıb genişlənməsinə heç cür imkan verə bilmərik və verməməliyik. bütün cəmiyyət buna qarşıdır”.
Eyni zamanda komitə sədri Suriyaya gedən azərbaycanlılardan söz açıb: “O ki qaldı Azərbaycanda kimlərisə tovlayaraq Suriyaya və ya başqa ölkələrə silahlı birləşmələrə, hərbi münaqişələrə, döyüşlərə cəlb etmək, aparmaq istəyənlərə, bu hal aşkar olunanda qanunla cavab verirlər. Onlar haqqında həbs qətimkan tədbiri seçilir. Bu cür qurumlar və şəxslər varsa, aşkar edilir. Bununla milli təhlükəsizlik orqanları, daxili işlər və prokurorluq orqanları ciddi məşğuldur. Bu cür faktlar olduqda onları müvafiq tədbirlər görülür”.(azvision.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam