Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nərimanov rayonunda narkomanlığa qarşı mübarizə tədbirləri davam etdirilir

             

 

     Nərimanov rayonunun yeniyetmə və gəncləri Dərbənd şəhərinin Azərbaycan Dövlət Dram Teatrının səhnələşdirdiyi “Sönmüş taleylər” tamaşasına baxmışlar

     "Xeberinfo.com": Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Nərimanov rayonunun  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası  tərəfindən əhali arasında maarifləndirmə işləri gücləndirilir və profilaktik tədbirlər davam etdilir.

 

 

 

Növbəti tədbir Səməd Vurgun adına Rus Dram Teatrında təşkil olunmuşdur. Nərimanov rayonu ilə qardaşlaşmış Dərbənd şəhərinin Azərbaycan Dövlət Dram Teatrının səhnələşdirdiyi “Sönmüş taleylər” tamaşası narkotiklərin bir ailənin məhv olmasına gətirməsi mövzusuna həsr edilmişdir. Bu tamaşaya Nərimanov rayonunun yeniyetmə və gəncləri ilə birgə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri İradə Mahmudova və digər Komissiya üzvləri baxmışlar.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam