Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Abşeronda şəkər xəstələrinin dərmanı verilmir” –VİDEO

“Abşeronda şəkər xəstələrinin dərmanı verilmir” – VİDEO

“Abşeron rayon mərkəzi xəstəxanasına Səkinə Sadıxova təyin edildikdən sonra da orada özbaşınalıq və qanunsuzluq hökm sürür. Xəstələri öyrədib onu tərifləyirlər”.

Yenixeber.org: Bu sözləri bizimlə söhbətindəXırdalan sakini Novruzov Nazim Heydər oğlu bildirib.

Vətəndaşın sözlərinə görə, xəstəxanada növbə o qədər çox olur ki, xəstələr sübh tezdən, saat 06:00-da qapıda gözləyir. Uşaq, qoca, hamilə demədən, xəstəxananın O boyda həyətində cəmi bircə oturacaq qoyulub.

“Xəstələr dərman və aparatla təmin olunmur. Abşeronda 7 mindən artıq şəkər xəstəsi qeydiyyatdan keçib. Xəstələrə verilən dərmanın keyfiyyəti də aşağıdır. Buna görə də xəstələrin 50 faizi heç dərman almağa gəlmir. Lakin buna baxmayaraq dərman çatışmır. Halbuki dərmanlar artıq qalmalıdır. Amma dərman almağa gələnlərə dərman çatmır. Həmçinin, İcbari Tibbi Sığorta müayinə üçün 25 manat pul ödəyir və xəstələr şəkər xəstəliyi üçün dərman almağa gedəndə bizə 25 manatlıq (Tibbi Sığortanın ödədiyi) talondan aldırdılar. Mən isə Həmin kağızı vermədim. Çünki heç kəs məni və digər xəstələri müayinə etmədilər. Çünki bu yalançı müayinələrdir. 7 mindən artıq şəkər xəstəsi və 25 manatlıq müayinə talonu yazılıb silinəndə 100 min manatdan artıq yeyinti ortaya çıxır. Şikayətlərimə baxmayaraq bu yeyintilər ört-basdır edilir. Lakin şikayətimdən sonra bir ay müddətində yeyinti olmadı”.

Vətəndaş qeyd edib:
” O boyda xəstəxana olduğu halda 3 həkim bir otaqda müayinə aparır. 20 kvadratlıq otağa qadın da, kişi də eyni vaxtda daxil olur. Həkim qadına soyun deyir. Xəstələrə xidmət çox aşağı səviyyədədir”.(tribuna)

Ətraflı videomaterialı təqdim edirik:

Hazırladı: Dəniz Pənahova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam