Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AQTA-nın “arıqlama çayları” xəbərdarlığı -Özəl klinikalardakı "Həkim-Dietoloq"ların vecinə də deyil...

AQTA-nın “arıqlama çayları” xəbərdarlığı -

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son dövrlərdə sosial şəbəkələrdə geniş yayılmış arıqlama məqsədli çay və qəhvə məhsulları ilə bağlı xəbərdarlıq yayıb. 

Yenixeber.org: Xəbərdarlıqda bildirilir ki, qısa müddətdə çəki itkisi vəd edən, “yağ yandırıcı”, “metabolizmanı sürətləndirən” kimi ifadələrlə təşviq olunan məhsulların reklamı intensiv xarakter alıb.

AQTA qeyd edir ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun 17.2.3-cü və 17.2.5-ci maddələrinə əsasən, qida məhsullarının etiketində və ya reklamında həmin məhsula xas olmayan təsir və xüsusiyyətlər göstərilməməli, həmçinin onların insan xəstəliklərinin qarşısını alması və ya müalicəvi xüsusiyyətlərə malik olması barədə iddialar irəli sürülməməlidir.

“Arıqladıcı və ya kökəlməyə yardım edən dərman vasitələri mövcud ola bilər, lakin belə məhsullar müvafiq qaydada dövlət qeydiyyatına alınmalı və “Dərman vasitələri haqqında” Qanunun tələblərinə uyğun olaraq dövriyyəyə buraxılmalıdır. İstehlakçıların tərkibi bəlli olmayan, şübhəli mənbələrdən, xüsusilə sosial şəbəkələr və digər elektron ticarət platformaları vasitəsilə qeyri-rəsmi qaydada təklif olunan məhsulları əldə etməsi məqsədəuyğun deyil.

Çəkinin azaldılması və ya artırılması məqsədilə hər hansı məhsulun istifadəsi yalnız həkim məsləhəti əsasında həyata keçirilməlidir. Sağlam və balanslaşdırılmış qidalanma prinsipləri, eləcə də müntəzəm fiziki aktivlik əsas prioritet kimi nəzərə alınmalıdır”, – deyə AQTA xəbərdarlıq edib.

Bizimesr.az bildirir ki, AQTA-nın xəbərdarlığı vətəndaşlara yönəlik olsa da, məsələnin kökündə daha ciddi problemlər dayanır. Bu, həm də müəyyən qurumlara ünvanlanmalıdır.

Ölkədə demək olar ki, əksər özəl tibb mərkəzlərində özlərini "həkim-dietoloq" kimi təqdim edən şəxslər "həkim" kimi fəaliyyət göstərir. Vəziyyət o qədər acınacaqlıdır ki, mətbuat tərəfindən aşkar edilmiş belə şəxsləri Səhiyyə Nazirliyinin bəzi strukturları qoruyur və onlarla bağlı sorğular cavabsız qalır.

Üstəlik, bu məhsulları cəmiyyətə təqdim edən şəxslər sıradan insanlar deyil. Yuxarıda qeyd etdiyimiz kimi, onlar müəyyən özəl tibbi klinikalarda fəaliyyət göstərir və Instagram kimi sosial şəbəkələrdə açıq reklamlar edir və böyük insan resursuna malikdirlər.

Maraqlıdır ki, ölkəyə ziyanlı ola biləcək bu məhsullar necə gətirilir və onların istifadəsi necə mümkün olur? Hətta apteklərdə açıq satışa çıxarıldığı müşahidə olunur.

Belə vəziyyətdə Qida Təhlükəsizliyi Agentliyinin vətəndaşlara xəbərdarlıq etməsi əlbəttə vacibdir, lakin daha önəmli addım Səhiyyə Nazirliyi və Gömrük Komitəsi ilə birlikdə müvafiq məhsulların ölkəyə gətirilməsi, istifadəsi və sertifikatlaşdırılması qaydalarını müəyyən etmək olmalıdır. İndiki halda AQTA-nın xəbərdarlığı tamamilə effektsizdir. Belə "həkim-dietoloq"lar üçün belə xəbərdarlıqlar, "vız gəlir, tırız gedir".

Ölkədə minlərlə özəl klinikada həkim-dietoloq olmayan şəxslər həkim kimi fəaliyyət göstərir və əsas məqsəd pul qazanmaqdır. AQTA belə məhsulların sertifikatlaşdırılmasında daha ciddi yanaşmalıdır.

Bizimesr.az 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam