Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? –Şok səs yazısı

media-902

Bir müddət əvvəl sosial şəbəkələrdə yayılan görüntülərdə pasiyentlərinin xüsusi geyimdə seanslara qatılması, bədənlərinin titrəməsi və ağlayaraq yerə yıxılması ilə gündəmə gələn “Azerina” ləqəbli, özünü həyat təlimçisi və psixoloq kimi təqdim edən Əfsanə Qasımlı yenidən müzakirə mövzusuna çevrilib. Sözügedən görüntülər cəmiyyətdə ciddi narahatlıq doğurmuşdu.

Yenixeber.org: Bu dəfə isə Əfsanə Qasımlı “Beauty Time” gözəllik salonları şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın onu aldatdığını iddia etməsi ilə diqqət çəkib. Hadisənin fonunda həm Baku TV-nin qaynar xəttinə daxil olan müraciətlərdə, həm də sosial şəbəkələrdə paylaşılan şərhlərdə vətəndaşlar “Azerina” ləqəbli Əfsanə Qasımlının onları aldatdığını bildirirlər. Bəzi şəxslər külli miqdarda maddi zərərə məruz qaldıqlarını iddia edirlər. Şikayətçilərdən biri bildirib ki, iki-üç il əvvəl sosial şəbəkələrdə “Azerina” adlı xanım özünü aktiv şəkildə reklam etməyə başlayıb: “Deyirdi ki, pulqabıları satıram və onları əldə etsəniz, içi pulla dolu olacaq. Qiymət 250 manat idi. Niyə bu qədər bahalı olduğunu soruşanda isə cavab verirdi ki, bu mənim çəkdiyim əziyyətə görədir. Bildirirdi ki, guya biz işləmədən, heç bir əmək sərf etmədən pul qazanacağıq. Lakin həmin pulqabı boş qaldı. “Azerina” mesajlarımıza cavab vermədi”. Əfsanə Qasımlı isə sözügedən iddiaları qəbul etmədiyini deyib: “Pulqabını alırsan, içi dolur” deməmişik. Elə olsaydı, hamı milyarder olardı. Hazırda Könül Həmzəyeva tərəfindən qurulan bir oyunun içindəyəm. Əgər pasiyentin şikayəti varsa, niyə gəlib birbaşa mənə demir?!”. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən qeyd olunub ki, sözügedən faktlarla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam