Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kəmaləddin Qafarovun şirkəti 10,7 milyon manatlıq sifariş alıb?- İLGİNC

Kəmaləddin Qafarovun şirkəti 10,7 milyon manatlıq sifariş alıb?

Tibb sektorunda fəaliyyət göstərən “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) cari il başlar-başlamaz artıq 4 satınalma müsabiqəsinin qalibi seçilib.

Yenixeber.org: Bu tenderlərdən ikisi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən, digər ikisi isə Bakı Sğlamlıq Mərkəzi və Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi tərəfindən keçirilib. Satınalma müqaviılərinin ümumi maliyyə dəyəri 10 783 068,15 manatdır. Beləliklə, “Azəri Med” QSC cari ilin ilk aylarında artıq 10,7 milyon manatlıq sifariş alıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Azəri Med” QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 8 255 510 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi ev 30-da yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur. Famil Rəhimli haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkətin sahibinə gəlincə, mediada gedən məlumatlardan aydın olur ki, “Azəri Med” QSC deputat Kamaləddin Qafarova məxsusdur. 2009-2013-cü illərdə şirkətin qanuni təmsilçisi Qafarov Hüsaməddin Şəmsəddin oğlu olub. Hüsaməddin Qafarovla Kamaləddin Qafarovun yaxın qohum olduğu bildirilir. Bundan başqa, 2019-cu ilədək QSC-nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də yerləşib. Media yazır ki, bu evdə Kamaləddin Qafarov və ailə üzvləri qeydiyyatda olub. Şirkətin deputata məxsusluğu da məhz bu faktların üzərindən əsaslandırılır. Kamaləddin Qafarov da indiyədək bu iddiaları təkzib etməyib. Kamaləddin Qafarov 2015-ci ildən deputatdır. O, parlemntdə 9 saylı Binəqədi ikinci seçki dairəsini təmsil edir. Deputata olanadək isə Milli Onkologiya Mərkəzinin direktor müavini vəzifəsində işləyib. “Azəri Med” QSC-nin satınalma müsabiqələrində daha çox MOM-un tenderlərinin qalibi seçilməsi də bununla əlaqələndirilir. Kamaləddin Qafarovun biznesi yalnız “Azəri Med” QSC ilə məhdudlaşçır. Onun inşaat şirkətləri, şadlıq sarayı və çoxsaylı obyektlərinin olduğu barədə mediada kifayət qədər yazılıb. Azərbaycan Konstitusiyasının Konstitusiyanın 85-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər.(AzTimes.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam