Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"O yekəqarının kiçik bir möhürü var, onu vurmasa, mal buraxılmayacaq" -NARAZILIQ VAR...

"O yekəqarının kiçik bir möhürü var, onu vurmasa, mal buraxılmayacaq"
On il əvvəl, gənc bir sahibkar kimi, Çindən ölkəmizə az miqdarda tibbi ləvazimat idxal etmək fikrinə düşdüm. VÖEN açdırmışdım, məqsədim işi genişləndirib MMC təsis etmək, kiçik də olsa iqtisadiyyatın bir çarxına çevrilmək idi.
Yenixeber.org: Biznes əlifbasını yeni-yeni öyrənirdim, lakin ilk təcrübəm elə ilk dərslə də yadda qaldı.
Sifarişim gəldi, amma onu gömrük sərhəddindən keçirmək Çin səddini aşmaqdan daha çətin oldu. O vaxtlar orada Anar müəllim adlı bir fiqur və onun sağ əli olan cüssəli, yekəqarın bir məmur hökmranlıq edirdi.
Prosedur zahirən qanuni görünürdü: əvvəlcə sıravi inspektor mala baxdı, ardınca broker qiymətləndirmə apardı. Lakin son mərhələdə məni həmin o məmurun hüzuruna göndərdilər. O, məndən istehsal sənədlərini və Səhiyyə Nazirliyindən qeydiyyat sənədini tələb etdi. Sənədləri təqdim etdikdə isə məmurun onsuz da tutqun olan çöhrəsi daha da qaraldı. Kağızları bir-bir araşdırdı və heç bir əsas olmadan İstehsalçı sənədləri səhvdir hökmünü verdi.
Aramızda yaşanan dialoq isə Kafka əsərlərini xatırladırdı:
— Əgər səhvdirsə, bəs Çin gömrüyündən necə keçib? — deyə soruşdum.
— Onların gömrüyü bərbaddır, — deyə laqeyd cavab verdi.
Sonra invoysa baxıb ittiham tonunda əlavə etdi:
— Qiymətləri də dəyişmisən.
— Bu sənədi istehsalçı malın qutusuna qoyub, mən necə dəyişə bilərəm?
— Deməli, onlara tapşırmısan, dəyişib qoyublar.
— Bunu necə sübut edə bilərsiniz? — deyə dirəşdim.
— Bazarda bu mal bahadır.
— Bazar qiyməti meyar deyil, siz istehsal qiymətini sübut edin.
O tələb etdi ki, invoysu birbaşa onun ofisinə poçtla göndərtdirim. Mən isə "Əgər istehsalçının saxtakarlıq etdiyini iddia edirsinizsə, poçtla göndərəcəyi sənədin doğruluğunu hardan biləcəksiz?" sualı verdim. Bu sualım qarşısında o, yanındakı gənc işçilərinə baxıb istehza ilə güldü. Onlar da sanki "Mauqli" cizgi filmindəki Şirxanın çaqqalları kimi xorla gülüşdülər. Sonda"Get, sənədin düzələndə gələrsən" dedi.
Sonrakı günlərdə istehsalçıdan əlavə təsdiqedici sənədlər alsam da, xeyri olmadı. Digər məmurlar açıq mətnlə başa saldılar: "O yekəqarının kiçik bir möhürü var, onu vurmasa, mal buraxılmayacaq". Sonradan o sehirli möhürün konkret qiymətini də öyrəndim.
Ardı növbəti postda..
Dr. Benjamin Karimov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam