Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vüsal Aslanov Koroğlu metrosunda özünə biznes qurub - Metronun enerjisindən istifadə/VİDEO

Vüsal Aslanov Koroğlu metrosunda özünə biznes qurub -
Zaman-zaman Bakı Metropoliteninin müxtəlif stansiyalarının giriş və çıxış hissələrində fəaliyyət göstərən ticarət obyektləri bağlandı. Rəsmi qurumlar bunu əsasən təhlükəsizlik, təcili (SOS) çıxışlar zamanı sıxlıq riski, insan axınının məhdudlaşdırılması kimi arqumentlərlə izah etdilər. İnsanlar da bu arqumentləri müəyyən qədər anlayışla qarşıladyı.

Yenixeber.org: Ancaq bu gün tam fərqli mənzərə ilə üz-üzəyik. Hazırda metronun bir çox çıxışlarında apteklər və xüsusilə “Azərlotereya” satış məntəqələri fəaliyyət göstərir.
Bu isə haqlı suallar doğurur - dünən təhlükə sayılan obyektlər bu gün niyə problem yaratmır?
Aptek və lotereya köşkləri fövqəladə vəziyyətdə sıxlıq yaratmayacaqmı?
Təhlükəsizlik meyarları kimə və hansı şərtlərlə tətbiq olunur?
Müqavilələr, gəlirlər və qaranlıq qalan suallar
Daha bir ciddi məsələ bu obyektlərin hansı müqavilə və hansı şərtlərlə fəaliyyət göstərməsidir.
Bu köşklər metropoliten rəhbərinə nə qədər qazanc gəririr?
Gəlirlər rəsmiləşdirilirmi?
İstifadə etdikləri elektrik enerjisi, kommunikasiya xətləri hansı mexanizmlə rəsmiləşdirilir?
Bu suallar illərdir cavabsızdır və ictimaiyyət üçün müəmmalı olaraq qalır.

Koroğlu metrosunda “Piramida” çıxışı təhlükə ilə üz-üzə

Məsələnin ən narahatedici tərəfi isə Koroğlu metro stansiyasının “Piramida” kimi tanınan çıxışında eskalatorun birbaşa çıxış hissəsində kofe barın açılmasıdır.
Bu obyektin hansı icazə ilə, kimin göstərişi ilə, hansı təhlükəsizlik rəyinə əsasən qurulduğu ictimaiyyətə açıqlanmırdı.
Amma Bizimesr.az-ın araşdırması zamanı bəlli olub ki, sözügedən kofe satış köşkü Bakı Metropoliteninin rəisi Vüsal Aslanova məxsusdur. Məlumata görə, bu köşklərdən başqa metro stansiyalarında da qurulacaq.
Metro kimi strateji və yüksək riskli obyektin daxilində şəxsi biznes fəaliyyəti təcili evakuasiya imkanlarını məhdudlaşdırır, insan axınını təhlükəli şəkildə daralır.
Üstəlik, son günlərdə həmin kofe köşkünün yanında "Azərlotereyanın yeni və dəbdəbəli köşkü də əlavə olunub və çıxış-giriş sahəsi daha da daraldılıb.
Daha təhlükəli məqam isə budur ki, bu hər iki ticarət köşkü təhlükəsizlik normalarına əməl olunmadan, adi, qoruyucusuz uzadıcı vasitəsilə elektrik şəbəkəsinə qoşulub. Bu ərazidə valideynlərin nəzarətindən yayınan uşaqların elektrik naqillərinə toxunması real təhlükədir. Bu hallar Metropoliten rəisi Vüsal Aslanovu qəti narahat etmir, biznes daha üstün yerdə dayanır.
Metro kimindir? Xalqın, yoxsa məmurun sualı açıq qalır. Vüsal Aslanov metronu ictimai nəqliyyat yox, şəxsi biznes platforması kimi istifadəyə çevirib.
Kiçik sahibkarlar "təhlükəsizlik” adı ilə çıxarılırsa, amma yüksək vəzifəli şəxslərin obyektləri eyni məkanda rahat fəaliyyət göstərirsə, deməli problem obyektlərdə yox, ikili standartlardadır. Metro insanların təhlükəsiz və sərbəst hərəkəti üçün nəzərdə tutulub, məmur biznesi üçün yox.
Mövzu ilə bağlı video material vəziyyətin nə qədər riskli olduğunu açıq şəkildə nümayiş etdirir.(bizimesr.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam