Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Bakıda özəl klinikada ölüm hadisəsi: Sertifikatı ləğv edilmiş həkim necə əməliyyat aparıb? -DE-FAKTO

Bakıda özəl klinikada ölüm hadisəsi:
Ötən ilin 15 avqust tarixində Bakıda fəaliyyət göstərən “Etalon” hospitalda baş verən hadisə cəmiyyətdə ciddi suallar doğurub. Məlumata görə, 1989-cu il təvəllüdlü Nilufər Abdulla tanınmış psixoloq olsa da, plastik cərrahiyyə əməliyyatına cəlb olunub. Əməliyyatdan sonra pasiyentin vəziyyəti ağırlaşıb və nəticədə vəfat edib. Nilufər Abdulla arxasında üç azyaşlı uşaq qoyub.
Yenixeber.org: Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 46-cı maddəsinə əsasən, tibbi fəaliyyət yalnız müvafiq ali tibbi təhsilə, ixtisasa və dövlət tərəfindən verilmiş sertifikata malik şəxslər tərəfindən həyata keçirilə bilər.
Eyni zamanda, Nazirlər Kabinetinin qərarları və Səhiyyə Nazirliyinin normativ aktları göstərir ki, sertifikatı ləğv edilmiş həkimin tibbi fəaliyyət göstərməsi qadağandır.
Bu hadisə ictimaiyyətdə bir sıra suallar doğurur: Sertifikatı ləğv edilmiş şəxs necə və hansı əsasla əməliyyat aparıb? “Etalon” hospital rəhbərliyi bu faktı niyə öncədən müəyyən etməyib? Özəl klinikalara Səhiyyə Nazirliyi tərəfindən nəzarət mexanizmi mövcuddurmu?
Mərhumun atası Mahir Abdullayev redaksiyamıza bildirib ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi apardığı araşdırmadan narazıdır. Onun sözlərinə görə, qızının ölüm səbəbi açıq və konkret göstərilməyib, araşdırma prosesində şəffaflıq təmin olunmayıb.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 268-ci maddəsinə görə, məhkəmə-tibbi ekspertiza ölümün səbəbini, mexanizmini və tibbi müdaxilənin nəticələrini tam, obyektiv, əsaslandırılmış və açıq şəkildə göstərməlidir.
Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən dövlət qurumları vətəndaşa əsaslandırılmış rəsmi cavab verməyə borcludur.
Hadisənin nəticələri ilə bağlı araşdırma davam edir. Ailə rəsmi cavab gözləyir və Mahir Abdullayev bildirir ki, cavab alındıqdan sonra ictimai açıqlama verəcək.
Bu hadisə təkcə bir ailənin faciəsi deyil. Eyni zamanda, səhiyyə sistemində nəzarətsizliyin, özəl klinikalarda məsuliyyətsizliyin və sertifikat mexanizminin əhəmiyyətinin vacibliyini göstərən acı nümunədir. (mediatv.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam