Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Saleh Məmmədov işçilərin maaşını vermir: İşlər dayandırılıb, texnika işləmir... -VİDEO

Saleh Məmmədov işçilərin maaşını vermir: İşlər dayandırılıb, texnika işləmir... - VİDEO
Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, paytaxtda yol-nəqliyyat şəbəkəsinin yenilənməsi məqsədilə ümumilikdə 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub. Həmin layihələrdən biri də Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirən yeni yolun tikintisidir. Layihənin icrası “Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən həyata keçirilir.
Yenixeber.org: Artıq bir neçə aydır tikinti işlərinə start verilib və bir sıra ərazilərdə aktiv fəaliyyət müşahidə olunub. Lakin iddialara əsasən, layihənin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindən keçən hissəsində bir neçə gündür ki, işlər dayanıb. İddia olunur ki, fasilənin əsas səbəbi tikintidə çalışan işçilərin əməkhaqqısının ödənilməməsidir.
Tikinti sahəsində müşahidə olunan durğunluq isə həm ərazidə yaşayan sakinlərin, həm də yoldan istifadə edən sürücülərin diqqətini çəkir. Sakinlər işlərin dayanmasının layihənin ümumi icra qrafikinə təsir göstərə biləcəyindən narahat olduqlarını bildirirlər.
Qeyd edək ki, sözügedən yol layihəsi tamamlandıqdan sonra ərazidə nəqliyyat axınının rahatlaşacağı, alternativ marşrutların yaranacağı və sıxlığın azalacağı gözlənilir.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Məsələ ilə bağlı rəsmi qurumların və məsul şəxslərin açıqlamasını təqdim edəcəyik.(patrul.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam