Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Daha bir icra başçısından şikayət

 

 

Gədəbəydə sahibkarlara divan tutulur.

Xeberinfo.com:   Məlumata görə, bu barədə Vizual.az-a ünvanlanan məktubda qeyd olunub. Bir qrup sahibkarın göndərdiyi məktubda rayon rəhbərliyinin iş adamlarının başına açdığı müsibətlərdən, onların sıxışdırılmasından bəhs olunub. Prezidentə edilən müraciət sahibkarlar imdad diləyiblər.

Məktubda deyilir:

Hörmətli cənab Prezident!

Xahiş edirik, bu şəkillərə diqqətlə baxasınız. Şəkildən göründüyü kimi, sizin Gədəbəy rayonuna səfəriniz zamanı etdiyiniz çıxışdan bir abzas çap edilərək böyük plakat şəklində divara vurulub. Təəssüf ki, həmin divar adi istinad divarı deyil.

Həmin divar Gədəbəy rayon sakini, sahibkar Fəxrəddin Fərəməz oğlu Bağırova məxsus obyektin Heydər Əliyev prospektinə çıxışını bağlamaq üçün rayonun icra başçısı Ramiz Yediyarov tərəfindən qanunsuz inşa edilmiş maneədir.

Əgər həmin plakatı götürülsə və plakatın vurulduğu, sonradan kərpiclə tikilmiş divarı sökülsə o zaman sahibkar F.Bağırovun obyektinin H.Əliyev prospektinə açılan qapı və pəncərələri görünər. Yediyarovun bu plakat "tilsimi " haqda əsl həqiqəti diqqətinizə çatırmaq istərdik.

Yediyarov Gədəbəy rayonuna icra başçısı təyin edildiyi gündən başqa sahibkarlar kimi F.Bağırovu da sıxışdırmağa başladı. Ən müxtəlif təzyiqlərdən sonra hətta obyektin dağıdılması üçün məhkəməyə belə müraciət edən icra başçısı sənədlərin qanuni olması səbəbindən istəyinə çata bilmədi. F.Bağırovun obyektinin prospektə açılan girişini bağladı.

F.Bağırovun ayrı-ayrı instansiyalara mütəmadi şikayətlərindən narahat olan başçı həmin plakatı çap etdirərək obyektin bağlanmış girişinə vurdurdu. Sahibkara ismarıc göndərdi ki, "plakat yuxarıların tapşırığı ilə vurulub, bundan sonra hər hansı dövlət orqanına şikayət edərsənsə dövlətə və Prezidentə qarşı çıxmış olarsan. Aqibətin yaxşı olmaz”.

Bundan ehtiyatlanan sahibkar susmağa məcbur oldu və uzun müddətdir ki, belə çətin şəraitdə işini davam etdirir. Amma yaxın zamanlarda fəaliyyətini tamam dayandırmaq məcburiyyətindədir.

Hörmərli cənab Prezident!

Siz hər çıxışınızda yerli icra orqanlarına sahibkarların fəaliyyətinə mane olmamaq barədə tapşırıq verirsiniz. Amma R.Yediyarov nəinki tapşırığa əməl edir, o birbaşa sizin adınızdan istifadə edərək sahibkarlara divan tutur. Bu faktların araşdırılaraq müvafiq tədbir görülməsini Sizdən xahiş edirik”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam