Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kəmaləddin Heydərovun oğlu daha bir obyekt tikdirir- İLGİNC

Kəmaləddin Heydərovun oğlu daha bir obyekt tikdirir

Fövqəladə Hallar Nazirliyi (FHN) Heydərov Nicat Kəmaləddin oğlunun sifarişi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Böyük İpək yolu küçəsi, giriş 72 ünvanında inşa olunan obyektin istismarına icazə verib.

Yenixeber.org  xəbər verir ki, ümumi sahəsi 3 405 kvadratmetr olan obyekt 2 mərtəbəli (mansardalı) binadan ibarətdir.
Qeyd edək ki, FHN inzibati binaya 15  yanvar 2026-cı il tarixli 10946 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, 2 mərtəbəli obyektin sifarişçisi olan Nicat Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kiçik oğludur.
Nicat Heydərov özünün sosial şəbəkə hesabında bildirib ki, o “Gilan Holdinq” şirkətinin rəhbəridir.
Onu da bildirək ki, FHN ötən ilin iyun ayında da Nicat Heydərovun Qəbələ şəhəri, Heydər Əliyev prospektində inşa olunan obyektinin istismarına icazə verib. Bundan başqa, ötən ilin may ayında FHN Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərovun sifarişi əsasında Qəbələ rayonu, Qəbələ-İsmayıllı yolunun 1,8 kilometrliyində inşa olunan obyektin də istismarına icazə verib. Tale Heydərov isə özünün sosial şəbəkə hesabında bildirib ki, o hazırda “Avropa Azərbaycan Məktəbinin”, “TEAS Nəşriyyat Evinin” və “Libraff” kitab mağazalarının sahibidir.(Yeniavaz.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam