Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Binəqədinin icra başçısı Leyla xanımın hədiyyəsini mənə vermir –ŞİKAYƏT/FOTO

İcra başçısı Leyla xanımın hədiyyəsini mənə vermir – ŞİKAYƏT/FOTO
"2019-cu il avqustun 6-da Binəqədi rayonu, 7-ci mikrorayonda uşaqlar üçün nəzərdə tutulmuş parkın açılışında Leyla xanım Əliyevayla görüşdüm. Həmin vaxt yanımda 10 yaşlı Zeynəb var idi. Leyla xanım soruşdu ki, anam, məndən nə istəyirsən, necə kömək edim? Mənsə xahiş etdim ki, atasız 2 nəvəmə 2 otaqlı ev istəyirəm. “Həll edərik” dedi və qolundakı bilərziyi çıxardıb nəvəmin qoluna taxdı. Çox sevindim. Ancaq, təəssüf ki, bu sevincim çox çəkmədi".
Yenixeber.org: Bu sözləri Binəqədi Rayon İcra Hakimiyyətindən şikayətçi olan 68 yaşlı Ürkər Abılova deyib.
“Həmin gün axşam mənə “050-214...” nömrəsindən Kənan adında bir kişi zəng etdi və dedi ki, 2 gün ev axtarıb yerini deyin, mən gəlib baxıb pulunu verəcəyəm, xanımın tapşırığıdır. Mən 2 gün axtarıb ev tapdım. Nəhayət, 6-cı gün Kənan zəng edib dedi ki, İcra Hakimiyyətində İlqar Süleymanovla danışdım, mənə dedi ki, Ürkər xanıma 10.000 manat verin, bəsidir. Mən dedim ki, Kənan müəllim, axı 10.000 manata 2 otaqlı ev düşərmi? Heç bir sot torpaq düşmür”, - o bildirib.
Bakupost.az
Ürkər Abılovanın sözlərinə görə, şikayət etmədiyi ünvan qalmayıb, hətta rayonun deputatı Azay Quliyevə də dəfələrlə müraciət edib:
“Azay müəllim əvvəlcə yardım edəcəyinə söz versə də, sonra mənim qəbul edəndə dedi ki, bu iş onun imkanlarından kənardır.
Bir neçə dəfə icra başçısı Elxan bəylə görüşdüm, mənə söz verdi ki, o evi sənə verəcəyəm. Sonuncu dəfə 2024-cü il mayın 3-də görüşdük. O vaxtdan heç bir səs-soraq yoxdur. İndi daha məni qəbul da etmir”.
Məsələylə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə 10 gündür göndərilən sorğuya cavab verilməyib.
Bakupost.az
Elnur, BakuPost

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam