Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

“Milla” müştəriləri belə məhsul satır?- FOTO


Bakıda fəaliyyət göstərən marketlərin birində çəkilən foto alıcıların diqqətini çəkib. Şəkildən də göründüyü kimi, “Milla” markasına məxsus ayran butulkaları tam dolu deyil. Məhsulların qablaşdırması standart olsa da, içindəki mayenin səviyyəsi eyni deyil və bəzi butulkalarda gözlə görünən boşluq müşahidə olunur.

Yenixeber.org: Qida təhlükəsizliyi və istehlakçı hüquqları baxımından bu cür halların araşdırılması vacib sayılır. Qanunvericiliyə əsasən, qablaşdırmada göstərilən həcm faktiki məhsul miqdarı ilə uyğun olmalıdır. Əks halda bu, istehlakçının aldadılması kimi qiymətləndirilə bilər.

Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ümumiyyətlə, biznes qurumları tərəfindən istehlakçıların cəlb edilməsi və aldadılması üçün çoxsaylı buna bənzər üsullar var.

E. Hüseynovun sözlərinə görə, məsələni dövlət orqanları biznes qurumlarına qarşı qaldıranda onlar “marketinq siyasətidir” deyirlər. Belə çıxır ki, marketoloqlar insanları aldatmaqla məşğuldurlar.

“Ən bariz nümunələr spirtli içkilərdə olur. Spirtli içkilərin butulkasının dibi qalın olur. İstehlakçıya çox görünür. Yaxud da çox geniş yayılmış bir hal ətir istehsalında da baş verir. Ətir qablarının dibində içəriyə doğru batıq olur. Qab böyük görünür, içərisindəki maye isə az olur. Lakin, birmənalı şəkildə etiketdə yazılan ölçü, çəki məhsulun içi ilə eyni deyilsə, artıq bu qanun pozuntusudur. Ancaq, qabın böyük olub içərisindəki mayenin üstünə yazılanla uyğun olaraq az olması qanun pozuntusu deyil. Belə ola bilər. Bu marketinq siyasəti ola bilər. Vətəndaş böyük qabı görür və alır. Əgər malın üzərinə yazılanla içərisindəki həcm düz gəlməzsə, bu, istehlakçı hüquqlarının pozulması hesab oluna bilər.”(Tribuna.az)


“Milla” müştəriləri belə məhsul satır?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam