Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakının mərkəzində "YAŞIL TERROR": Rixard Zorge parkı məhv edilir? -FOTOLAR

Bakının Ənvər Qasımzadə küçəsində, Zorge parkı ilə “Koala Park” arasındakı yaşıllıq ərazisində qeyri-yaşayış obyektinin inşasına başlanılıb.

Yenixeber.org: Bu barədə məlumatı və kəskin etirazını tanınmış memar Elçin Əliyev paylaşıb.

media-whatsapp-image-2025-12-22-at-12-56-56-2

Memar şəhərin mərkəzindəki bu tikintini parkın “mənimsənilməsi” kimi qiymətləndirib:

media-whatsapp-image-2025-12-22-at-12-56-58-1

“Şəhər mərkəzində aparılan yenidənqurma işlərinin ‘səs-küyü altında’ kimsə Bakının tam ürəyində, Rixard Zorge və İkinci Dünya müharibəsində həlak olmuş döyüşçülərin abidələrinin arxasında yerləşən dəbdəbəli bir parkı ‘uğurla’ mənimsəyir.

Bir çox bakılıya ‘Koala’ uşaq parkı yaxşı tanışdır. Elə onun yaxınlığında, yaşıllıqların yerində geniş bir ərazi hasarlanıb və orada nəhəng bir qazıntı aparılır”.

media-whatsapp-image-2025-12-22-at-12-56-57-3

Elçin Əliyev tikintinin qanunsuzluğu və şəffaflığın olmaması ilə bağlı aidiyyəti qurumlara suallar ünvanlayıb:

“Bu nə üçündür? Belə bir hal necə mümkün olub? İcazəni kim verib? Ərazidə niyə heç bir məlumat lövhəsi yoxdur?”

Xatırladaq ki, sözügedən tikinti görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə və paytaxt sakinlərinin kəskin narazılığına səbəb olub. Sakinlər şəhərin mərkəzi hissələrində yaşıllıqların məhv edilərək yerində obyektlərin ucaldılmasını qəbulolunmaz hesab edirlər.(yenicağ.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam