Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Naftalanda Arzu Məmmədov kabusu:Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur
Uzun illər əvvəl Ramiz Mehdiyevin xeyir-duası ilə Naftalan rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunan Arzu Məmmədov sadiq Adminstrasiya sədrinin inanılmış adamlarından biri olub və son aylara qədər boz kardinalla əlaqə saxlayıb. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, 15 ildir ki, Naftalanda başçının kim olmasından asılı olmayaraq, Naftalan şəhərinin idarəsi de-fakto Arzu Məmmədovun əlində olub.

Yenixeber.org: Bu illər ərzində həddindən artıq varlanan Arzu Məmmədov həm də Naftalanın bütün gəlirli sahələrinə nəzarəti əlində saxlayır və bu sahələrlə bağlı Ramiz Mehdiyevə birbaşa hesabat verən adam olub. Bu vəziyyət 2019-ci ildə Ramiz Mehdiyev vəzifədən gedəndən sonra da davam edib. Vəzifə karyerasına sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin kadrı kimi başlayan A.Məmmədov uzun müddət Naftalanda özəlləşdirmə idarəsinin rəisi vəzifəsində çalışıb və bu dövrdə özünün kapital imperiyasını qurub. Arzu Məmmədov Naftalanda ən imkanlı məmur kimi tanınır. Onun Bakı, Mingəçevir, Gəncə və Naftalan şəhərlərində bir neçə mənzil və obyektlərinin olduğu deyilir. A.Məmmədov eyni zamanda Gültəkin Hacıbəylinin bu bölgədən namizədliyi zamanı canfəşanlığı ilə seçilib və sonradan onun da köməyindən istifadə edərək bəzi obyektləri ələ keçirib. Bu gün də Naftalanda hamının bildiyi bir şey var: Əgər bir işinin düzəlməsini istəyirsənsə, öncə Arzu müəllimə müraciət etməlisən, çünki şəhər təsərrüfatı şöbəsinin müdiri gəldi-gedər başçılardan daha güclüdür. Özünü dövlət fəadisi kimi təqdim edən bu məmurun Vətən müharibəsi dövründə iki oğlunu çağırışdan yayındırması da rayonda hər kəsin bildiyi həqiqətdir.(cumhuriyyet.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam